Güləşçimiz erməni idmançısını məğlub edərək Avropa çempionu olub
Tarix: 06.08.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Çempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə ediblər. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.Yarışın ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər güclərini sınayıblar. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurublar. Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Finalda bir dəqiqə ərzində rəqibini böyük hesablı (10:0) məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub. Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
“Sumqayıt” futbol akademiyası seçim mərhələsinin ikinci turuna başlayıb
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu
25.03.2019
Almaniya millisi səfərdə Hollandiyanı məğlub edib
25.03.2019
“Avro-2020”: Macarıstan və Uels qələbə qazanıb
25.03.2019
Rusiya Avro-2020 seçmə mərhələsində Qazaxıstana qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info