6 ayda ölkəyə gəlib-gedənlərin sayı açıqlandı
Tarix: 06.08.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 66,3 faizi Azərbaycan, 10,4 faizi Rusiya, 10,1 faizi Gürcüstan, 5,2 faizi Türkiyə, 2,5 faizi İran, 0,9 faizi Ukrayna, 0,7 faizi Böyük Britaniya, 0,4 faizi Qazaxıstan, 0,3 faizi Özbəkistan, 0,3 faizi Almaniya, 0,2 faizi Amerika Birləşmiş Ştatları, 0,2 faizi İtaliya, 0,2 faizi Belarus və 2,3 faizi digər ölkələrin vətəndaşlarıdır.
Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Böyük Britaniya, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır. Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 29,1 faiz, 15,2 faiz və 7,5 faiz təşkil edib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.
2015-ci ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1919,2 min nəfər olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info