ABŞ aviadaşıyıcı gəmisini Fars körfəzindən geri çəkir
Tarix: 06.08.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


ABŞ hərbi komandanlığı Fars körfəzində olan yeganə aviadaşıyıcı gəmi “Teodor Ruzvelt”i geri çəkmək barədə qərar qəbul edib. Bu barədə CNN telekanalı xəbər yayıb. Pentaqonun məlumatına görə, qərar gəmidə təmir işlərinin aparılması ilə əlaqədar qəbul edilib. Gəmi körfəzi oktyabrda tərk edəcək.
Onun əvəzinə isə bölgəyə “Harri Truman” gəmisi göndəriləcək. Bu, qış aylarından tez baş verməyəcək.
Qeyd edək ki, İraqda “İŞİD”in mövqelərinə aviazərbələrin endirilməsi üçün “Teodor Ruzvelt”dən istifadə olunurdu.
Pentaqon Fars körfəzindəki müvəqqəti boşluğun ABŞ-ın müdafiə qabiliyyətinə təsir göstərməyəcəyini bildirib.
“Vaşinqton zəruri olduğu halda yerüstü bazalardan bölgəyə əlavə təyyarələr göndərə bilər”, - deyə Pentaqondakı mənbə bildirib.
Qeyd edək ki, son illərdə ABŞ-ın Fars körfəzində ən azı iki hərbi təyyarə daşıyan gəmisi olub. Lakin 2013-cü ildə müdafiə büdcəsinə edilmiş ixtisarlar nəticəsində Vaşinqton regionda hərbi-dəniz qüvvələrinin sayını müvəqqəti azaltmaq barədə qərar qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info