“Türkiyə ilə Krım arasında müntəzəm bərə əlaqəsi var”
Tarix: 06.08.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


“Lenta.ru”: “Bərə xətti Krımın tikinti materialları, meyvə-tərəvəz və gündəlik tələbat malları ilə təmin edilməsi məqsədi ilə həyata keçirilir”

Rusiyanın Sevastopol limanı ilə Türkiyənin Zonquldağ limanı arasında artıq avqustun 5-dən etibarən requlyar qarşılıqlı bərə əlaqələri genişlənib. “Sevastopol Shipping” operator xəttində “Varyaq” teploxodu işləməyə başlayıb. “Lenta.ru” yazır ki, bu barədə Sevastopol şəhər administrasiyası məlumat verir. Hazırda bu xətt, gəmilərlə daşınan və gəmini tərk edəndən sonra özü işə düşən təkərli texnikanın istifadəsi üçün Krım yarımadası ilə Türkiyə arasında yeganə birbaşa əlaqədir. “Varyaq” 65 yük maşını və palletlərdə iri qabaritli yüklərin birlikdə daşınmasını həyata keçirə bilir. Zonquldağdan şıxış hər həftənin Cümə günü həyata keçirilir və Şənbə günü bərə Sevastopola çatır.
“Sevastopol Shipping”dən bildirildiyi kimi, bərə xətti Krımın tikinti materialları, meyvə-tərəvəz və gündəlik tələbat malları ilə təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, Rusiyanın Krımı anneksiyasından sonra, Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən sanksiyalara baxmayaraq, Türkiyə bu məsələdə fərqli və Qərbin təsirinə düşməyən siyasət həyata keçirdiyini ortaya qoymaqdadır. Türkiyənin anneksiyadan sonra Rusiya və Krımla əlaqələrini bu baxımdan bir neçə istiqamətdə genişləndirməsi xüsusilə diqqətçəkəndir.
Son vaxtlar dünyada ciddi geosiyasi dəyişikliklər baş verir. Xüsusilə də bu dəyişikliklər Rusiya ilə Qərb arasında qarşıdurmaya gətirib çıxarır. Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq edilir. Digər dövlətlər isə bu və ya digər tərəfdə yer almağa çalışırlar. NATO dövləti olan Türkiyə isə son dövrlərdə açıq-aşkar Avrasiyameyilli siyasət yürüdür. Türkiyə Rusiyaya qarşı sanksiyalara uymayaraq, şimal ölkə ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək əzmi nümayiş etdirir. Rusiyanın Türkiyə ilə son vaxtlar ticarət dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artması da bundan xəbər verir. Türkiyənin son vaxtlar Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı kimi təmsil olunması da bu baxımdan xüsusilə qeyd edilə bilər. Eləcə də Krımın müxtəlif məhsullarla təmin olunması üçün Türkiyədən müntəzəm yola salınan bərəni buraya əlavə etmək lazımdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info