“Əlaqələri genişləndirmək üçün siyasi iradə hər iki tərəfdə var”
Tarix: 06.08.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Əfşar Süleymani: “Müştərək tariximizə, mədəniyyətimizə, dinimizə və ənənələrimizə dayanaraq, bütün razılıqları həyata keçirməyin vaxtı gəlib çatıb”

Son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişlənməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın, birgə layihələrin reallaşdırılması üçün razılığa gəlinməsi region üçün müsbət mənada çox əlamətdar canlanma ortaya çıxarıb. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana səfəri çərçivəsində bir sıra vacib sahələrlə bağlı müzakirələr aparılması, razılaşmalar əldə edilməsi və müqavilələr imzalanması ilə bağlı qərara gəlinməsi də bundan xəbər verir.
Bu barədə “Palitra”ya açıqlama verən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani belə qeyd etdi: “Azərbaycan naziri İranın prezidenti və rabitə, sənaye və ticarət, neft və nəqliyyat, şəhərsalma nazirləri ilə görüşdü və ikitərəfli səmərəli danışıqlardan sonra bütün sahələrdə perspektivləri müəyyənləşdirdilər. Birlikdə qərara gəlindi ki, müxtəlif sahələrdə qarşılıqlı görüşlər və müzakirələr davam etsin və müvafiq sazişlər və kontraktlar imzalansın. Eləcə də müştərək komitələr yaransın ki, həm razılıqlar əldə olunsun, həm də işlərin gedişinə nəzarət edilsin. Qarşılıqlı yatırım qoyulması, özəlliklə neft istehsalı və Astara-Rəşt dəmir yolu inşasının təkmilləşməsində və başqa sahələr üzrə müzakirələr oldu. Şimal-cənub beynəlxalq dəhlizinin gücləndirilməsi istiqamətində Rusiya ilə üçtərəfli görüşün keçirilməsi Azərbaycan tərəfindən təklif olundu. Qərara gəlindi ki, Avropadan Rusiya və Azərbaycan vasitəsilə yüklərin nəqlinin artırılması məqsədilə Astara-Astara-Rəşt dəmir yolunun tez bir zamanda bitməsi yönündə addımlar atılsın. Ticarət və enerji mübadiləsinin güclənməsində də təkid olundu. Bu səfər və müzakirələrin İranla 1+5 nüvə razılaşmasından sonra baş tutması və Avropa ölkələrinin nazirlərinin, o cümlədən Almaniya, İtaliya, ABŞ, Fransa və digərlərinin ardıcıl İrana səfər etmələri ərəfəsində yerinə yetirilməsi göstərir ki, Azərbaycan da qonşu ölkə kimi yeni dövrdə əlaqələrə təkan vermək istəyir. İran və Azərbaycan yeni dövrdə enerji nəqlində və təhlükəsizliyində və turizm sahəsində də yeni addımlar ata bilərlər. Əlaqələri ətraflı genişləndirmək üçün hüquqi baza, təbii resurslar və siyasi iradə hər iki tərəfdə var. Sadəcə, bütün sazişləri həyata keçirmək lazımdır. Bu, iki ölkə vətəndaşlarının və regionda sülhün möhkəmlənməsinin xeyrinədir. Artıq müştərək tariximizə, mədəniyyətimizə, dinimizə və ənənələrimizə dayanaraq, bütün razılıqları həyata keçirməyin vaxtı gəlib çatıb. Əslində bunu çoxdan həyata keçirməli idik”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info