Z.Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır
Tarix: 06.08.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılacaq sınaq və profilaktika işləri ilə əlaqədar Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. 07 - 09 avqust 2015-ci il tarixlərində Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yerləşən “Xutor dairə”sində müxtəlif yol qovşağına aid olan körpüdə aparılacaq sınaq işləri ilə əlaqədar körpü nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq. Tunellərdə və digər ərazilərdə aparılacaq profilaktik işlərlə əlaqədar isə göstərilən tarixlərdə Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən “20 Yanvar dairə”si və “Qəbələ dairə”sinə doğru olan istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə yalnız əsas yolda məhdudiyyət olacaq. Bu istiqamətdə hərəkət yan yollarla təmin ediləcək. Əks istiqamətdə isə, yəni “20 Yanvar dairə”si və “Qəbələ dairə”sindən “Böyük Şor yol qovşağı”na doğru nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət olmayacaq.
Yaranmış müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info