“Ermənistanda tütün məmulatlarının ticarət dövriyyəsi 5 faiz azalıb”
Tarix: 07.08.2015 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


«News.am» saytında Ermənistanla bağlı maraqlı xəbərlərdən biri də ölkədə siqaret satışı ilə bağlıdır. Mənbənin məlumatına görə, ölkədə tütün məmulatlarının istehsalı bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 37% artsa da, ticarət dövriyyəsi təxminən 5% azalıb.
Bununla yanaşı, ölkədə bir sıra ərzaq mallarının istehsalında azalma müşahidə edilib. Bunlar istehlakçıların alıcılıq qabiliyyətinin azalmasında da ifadə edilib. Maraqlı faktlardan biri də bundan ibarətdir ki, yerli tütün məhsullarının alıcılarının artmasının başlıca səbəbi odur ki, ölkəyə idxal olunan xarici tütün məlumatları yerli mallarla müqayisədə ən azı 10-20% daha baha satılır. Xarici siqaret həsrətində olan sadə erməni üçün bu məhsul cibə uyğun deyil. Buna görə də aşağı alıcılıq qabiliyyəti olan erməni ucuz yerli siqaret almaq məcburiyyətindədir. Ölkədə nəşr edilən «Joxovurd» qəzetinin yazdığına görə, bütün bunlara rəğmən, Ermənistandakı tütün məhsulları istehsalındakı artımı xoşbəxtliyin göstəricisi kimi başa düşmək lazım deyil”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info