“Seltik“in futbolçusu: “Oynadığım ən çətin matç idi”
Tarix: 07.08.2015 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


"Çətin oyun oldu. Bilirdik ki, rəqibimiz mərhələ adlamaq üçün əlindən gələni edəcək. Qol vursaq, böyük üstünlük əldə edəcəyimizi bilirdik. Bunu bacarmasaq da, qapımızı toxunulmaz saxladıq. Ölkəmizə mərhələ adlayaraq qayıtdığımız üçün xoşbəxtik".
Bu sözləri "Seltik"in futbolçusu Stüart Armstronq Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la 0:0 bərabərə qaldıqları görüşdən sonra klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli futbolçu "Qarabağ"la görüşün indiyə kimi oynadığı ən çətin matç olduğunu bildirib: "Bu, oynadığım ən çətin və yorucu oyun idi. Matç ərzində su fasilələrin verilməsi yaxşı oldu. Çox əziyyət çəkdik. Fiziki və zehni olaraq ağır oyun idi. Matçın final fitindən sonra bizim üzümüzdəki emosiyaları görə bilərdiniz. Hamımız mərhələ keçmək istəyirdik. Daha öncə isti havada futbol oynamışam. Ancaq bu önəmli matç olduğu üçün belə hərarətli və yüksək rütubətli görüşdə daha çox hərəkət etməli idik. Pley-off mərhələsində hansı komanda ilə qarşılaşacağımızı bilmirəm. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Pley-off oyunlarını həyəcanla gözləyirik. Ümid edirəm ki, Çempionlar Liqasının qrup mərhələsində oynayacağıq".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info