“Qarabağ” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək
Tarix: 07.08.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu, Ağdamın "Qarabağ" komandası Bakıda Şotlandiya çempionu "Seltik" kollektivini qəbul edib.
İsveçli baş hakimi Martin Strömberqsonun idarə etdiyi və Ağdam komandasının hücumları şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb (0:0).
"Qarabağ" komandasında 24-cü dəqiqədə Reynaldo, 29-cu dəqiqədə isə Riçard Almeyda fərqlənmək imkanı əldə ediblər. Lakin onların güclü zərbələrini rəqib komandanın qapıçısı çətinliklə də olsa dəf edib. İkinci hissədə daha sürətli oyun göstərən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar. "Qarabağ"ın heyətində 52-ci dəqiqədə Rəşad Sadıxov, 56-cı dəqiqədə Əl-Jadeyaui hesab açmaq imkanını boşa veriblər. Görüşün 62-ci dəqiqəsində Raydel Pupona qarşı kobudluğa görə "Seltik"in futbolçusu Stefan Yohansen sarı vərəqə ilə cəzalandırılıb. 64-cü dəqiqədə Qurban Qurbanov Raydel Puponun yerinə komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovu meydana çıxarıb. 73-cü dəqiqədə isə hücumları artırmaq üçün baş məşqçi Əl-Jadeyauini Elvin Məmmədovla əvəzləyib. 82-ci dəqiqədə Bədəvi Hüseynov oyunda fərqlənmək imkanını qaçırıb. 84-cü dəqiqədə meydana çıxan yarımmüdafiəçi Cavid Tağıyev oyunun sonlarında sərbəst vuruşdan qol vurmaq imkanından istifadə edə bilməyib. Təmsilçimizin bütün cəhdlərinə baxmayaraq Şotlandiya çempionuna oyunda qol vurmaq mümkün olmayıb. Nəticədə qarşılaşma 0:0 hesabı ilə heç-heçə yekunlaşıb. "Qarabağ"-"Seltik" matçını çoxlu sayda azarkeş izləyib. Xatırladaq ki, komandalar arasında Şotlandiyada keçirilən ilk oyunda Ağdam təmsilçisi minimal hesabla məğlub olmuşdu. İki oyunun nəticəsinə görə üstün tərəf olan "Seltik" növbəti mərhələyə adlayıb. Beləliklə, Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində mübarizəni davam etdirəcək. Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən və mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan "Qarabağ" həmin mərhələdə Monteneqronun "Rudar" komandasını yarışdan kənarlaşdırmışdı.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info