Nyu-Meksiko ştatının Nümayəndələr Palatası da Xocalı faciəsini tanıyıb
Tarix: 02.02.2013 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


Nyu-Meksiko ştatının Nümayəndələr Palatası da Xocalı faciəsini tanımaq barədə qətnamə qəbul edib. Ştatın qanunvericilik orqanının aşağı palatasında qəbul olunan qətnamənin müəllifi Nümayəndələr Palatasının üzvü xanım Debbi Rodelladır. Qətnamədə deyilir ki, 1992-ci il fevralın 25-26-da Azərbaycanın Xocalı şəhərinin işğalı zamanı erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox insan həyatını itirib, mindən artıq azərbaycanlı yaralanıb, 1200-dən çox adam girov götürülüb.
Sənəddə qeyd edilir ki, meyitlərin təhqir olunması, eybəcər hala salınması qırğının vəhşiliklə törədildiyini təsdiq edir. Bu qırğına beynəlxalq təşkilatlar da münasibət bildiriblər. Xatırladaq ki, bir qədər əvvəl Nyu-Meksiko ştatının Senatı da Xocalı faciəsini tanıyıb. Beləliklə, Nyu-Meksiko ilk ştatdır ki, parlamentinin hər iki palatası Xocalı faciəsini tanıyıb. Xatırladırıq ki, Xocalı faciəsi Texasın, Nyu-Cersinin, Corcianın, Meynin qanunvericilik orqanları tərəfindən tanınıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info