ABŞ-la Rusiya Suriya ilə bağlı qətnamə layihəsini razılaşdırıb
Tarix: 07.08.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


ABŞ və Rusiya Suriyada kimyəvi silah hücumlarına görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qətnamə layihəsini razılaşdırıblar. “Reuters”in xəbərinə görə, bu barədə adının çəkilməsini istəməyən ABŞ rəsmisi məlumat verib. Məlumata görə, BMT Təhlükəsizlik Şurasının cümə günü keçiriləcək toplantısında şura üzvlərinin Suriyada toksik qaz hücumlarına cavabdeh olan şəxslərin müəyyənləşdirilməsi ilə bağlı ABŞ-ın təklifinə səs verəcəyi gözlənilir. BMT Təhlükəsizlik Şurası bu tip hücumlara görə artıq xəbərdarlıq edib. Sanksiyaların tətbiq edilməsi də bu sıraya daxildir. Müvafiq razılaşma ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrovun ASEAN ölkələrinin Kuala-Lumpurda keçirilən toplantısı çərçivəsində əldə olunub. Qeyd edək ki, Suriyanın müttəfiqi olan Rusiya Bəşər Əsəd hökumətini 4 illik vətəndaş müharibəsi dövründə BMT-nin bütün qətnamələrindən qoruyub. ABŞ hökuməti isə adıçəkilən qətnamə layihəsini Rusiya ilə bir neçə ay öncə müzakirə etməyə başlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info