Tarix: 07.08.2015 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Dünən Yaponiyanın Hiroşima şəhərində atom borbadmanı qurbanlarının xatirəsini anım mərasimi keçirilib. Yetmiş il bundan əvvəl ABŞ-ın B-29 Enola Gay bombardmançı təyyarəsi bu şəhərə “Balaca” adlı atom bombası atıb. Partlayış nəticəsində təqribən 140 min nəfər həlak olub. Xatirə mərasimi Sülh parkında yerli vaxtla saat 8:15-də - Hiroşima şəhəri üzərində 600 metr hündürlükdə atom bombasının partladığı an bir dəqiqəlik sükutla başlayıb.
Sükut dəqiqəsi başlamazdan əvvəl Baş nazir Şinzo Abe, Hiroşima şəhərinin meri Kazumi Matsui və digər rəsmi qonaqlar Sülh parkının mərkəzindəki abidə önünə əklillər qoyublar. Bütün dünyada nüvə silahının ləğvi günü kimi qeyd edilən “Hiroşima Günü” tədbirlərində Yaponiyanın Baş naziri Şinzo Abe, BMT-nin baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su, ABŞ-ın dövlət katibinin müavini Rouz Qottemüller, Azərbaycanın və digər ölkələrin bu ölkədəki səfirləri, dövlət rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimin tarixi boyunca bu, ən çox sayda iştirakçının qatıldığı tədbirdir. Hiroşimanın meri Kazumi Matsui öz bəyanatında beynəlxalq ictimaiyyəti nüvə silahından tamamilə imtina etməyə çağırıb. Mer deyib: “Nə qədər ki, nüvə silahı var, onun qurbanının kim olacağını demək çətindir. Bizim səsimizi eşidin və bu barədə ciddi düşünün”. ABŞ Prezidentini Hiroşima şəhərini ziyarət etməyə dəvət edən Kazumi Matsui deyib: “Hiroşimaya gəlin və faciənin canlı şahidlərini dinləyin”. Hiroşimanın meri, həmçinin xatırladıb ki, atom bombardmanı nəticəsində yalnız yerli sakinlər deyil, eyni zamanda, Koreya yarımadasının, Çinin, bütün Asiya regionunun nümayəndələri, həmçinin amerikalı hərbi əsirlər də həlak olublar. Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe vurğulayıb ki, Yaponiya nüvə silahı olmayan dünyanın yaradılması üçün var gücünü sərf edəcək. Baş nazir deyib: “Ölkəmiz nüvə silahından zərər çəkmiş yeganə dövlətdir. Buna görə də biz nüvə silahı olmayan dünyanın yaradılması üçün var gücümüzü sərf etməkdə qətiyyətliyik”. Gələn il Hiroşimada böyük yeddiliyin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini xatırladan Ş.Abe həmin görüşdə nüvə silahı məsələsinin də müzakirə olunacağını deyib. BMT baş katibi Pan Gi Munun Hirosima hadisələri ilə bağlı keçirilən anım tədbirinə müraciət ünvanlayıb. Müraciət BMT baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su tərəfindən oxunub. Baş katib qeyd edib ki, Hirosimanın bombalanması dünyaya silahdan imtina edilməsinin vacibliyini bir daha xatırlatmalıdır. 1945-ci ilin avqustunda ABŞ hərbi təyyarəçiləri II Dünya müharibəsinin başa çatmasını sürətləndirmək məqsədilə Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atıblar. Partlayış nəticəsində Hiroşimanın 350 min sakinindən 140 mini, Naqasakidə isə 74 min insan həlak olub. Partlayışın qurbanlarının əksəriyyəti mülki vətəndaşlar olub.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info