Qəbələdə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu zirvə toplantısı keçirilib
Tarix: 07.08.2015 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Dünən Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu zirvə toplantısı keçirilib. Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ağsaqqallar şuralarının sədrləri, TürkPA-nın rəsmi şəxsləri gündəmdə olan müxtəlif məsələləri müzakirə ediblər. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov zirvə toplantısında iştirak edənləri salamlayaraq bildirib ki, türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqda, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır.
Artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə də xarakterizə olunur. Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticələri və perspektivdə atılacaq addımların nədən ibarət olacağı türkdilli dövlətlərin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas müzakirə predmetləri sırasında yer alıb. Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyev, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, senator Adil Ahmetov, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen çıxış edib. Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər. Toplantıda Türk Akademiyası tərəfindən orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan “Ortaq türk tarixi” dərslik proqramı və türk dövlətlərinin inteqrasiya konsepsiyası, eləcə də “Ortaq coğrafiya” kitabının ərsəyə gətirilməsinə dair müzakirələr aparılıb. Həmçinin tədbirdə sentyabrın 11-də Qazaxıstanda keçiriləcək “İnformasiya və Media İşbirliyi” Türk Toplusunun 5-ci zirvə toplantısından əvvəl bu sahə üzrə nazirlərin görüşünün keçirilməsi barədə fikir mübadiləsi edilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diasporlarının regional mərkəzlərinin ABŞ, Fransa və Almaniyada qurulması, birgə fəaliyyət göstərmələri və bir mərkəzdən idarə olunmaları istiqamətində fikir mübadiləsi aparan ağsaqqallar, həmçinin Şuraya üzv ölkələrdə keçiriləcək prezident və parlament seçkilərində TürkPA missiyası tərəfindən müşahidəçilərin seçki prosesini izləməsi məsələlərini də müzakirə ediblər. Eyni zamanda, tədbirdə “Qardaş limanlar”ın 2-ci toplantısının bu il Bakıda keçirilməsi, eləcə də Şuraya üzv ölkələr arasında alternativ enerji və informasiya, kommunikasiya texnologiyaları sahələrində yeni işbirliyi layihələri haqqında müzakirələr aparılıb. Zirvə toplantısının sonunda nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri də müzakirə olunub. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və sabitliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info