“Şahdəniz” yatağının işlənməsi ilə bağlı kredit müqaviləsi imzalanıb
Tarix: 07.08.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Müqaviləyə əsasən, AYİB və AİB hərəsi “LUKoyl” şirkətinə 500 mln. ABŞ dolları həcmində kredit verəcək Bu gün Bakıda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın “LUKoyl” şirkətinin investisiyalarının maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və “LUKoyl” şirkəti arasında sindikatlaşdırılmış kredit sazişinin imzalanması mərasimi keçirilib.
Müqaviləni AYİB-in London ofisinin “Təbii sərvətlər” istiqamətinin direktoru Erik Rasmussen, AİB-in infrastruktur layihələrin maliyyələşdirilməsi bölməsinin direktoru Maykl Barrou, “LUKOIL Overseas Shahdeniz LTD”nin bank nümayəndəliyinin rəhbəri Vitaliy Kuznetsov və “LUKoyl” İSC Layihə və struktur Maliyyələşdirmə departamentinin müdiri Oqtay Mövsümov daxil olmaqla 10 nəfər imzalayıb.
Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir. Müqaviləyə əsasən, AYİB və AİB hərəsi “LUKoyl” şirkətinə 500 mln. ABŞ dolları həcmində kredit verəcək.
Borcalan qismində “LUKoyl”un xarici layihələr üzrə operatoru olan “LUKOIL Overseas” şirkəti çıxış edir.
Rusiyanın ən böyük özəl neft şirkəti layihədə iştirak payına əsasən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına 3 mlrd. dollar vəsait yatıracaq.
Qeyd edək ki, “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 28,8%), “TPAO” (19%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), “Petronas” (15,5%), “LUKoil” (10%) və “NICO” (10%) şirkətləridir.
Xatırladaq ki, “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 mlrd. kubmetr həcmində qiymətləndirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info