BMT-də Yeni Dayanıqlı İnkişaf Gündəliyi üzrə razılıq əldə olunub
Tarix: 07.08.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


İddialı olan yeni gündəlik 2030-cu ilədək yoxsulluğa son qoyaraq, qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək

Sentyabrda Dünya Liderləri tərəfindən qəbul ediləcək Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair Razılıq əldə edilib. BMT-nin Bakı ofisindən “Palitra”ya verilən məlumata görə, Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatına üzv 193 ölkə yekun sənədlə bağlı razılığa gəlib. Bu sənəd Nyu-Yorkda Dayanıqlı İnkişaf Sammitində dünya liderləri tərəfindən sentyabr ayında qəbul ediləcək dayanıqlı inkişaf sahəsində yeni gündəlik olacaq. İki ildən çox sürən və vətəndaş cəmiyyətinin misilsiz iştirakını təmin edən məsləhətləşmələr prosesini yekunlaşdıraraq ölkələr dayanıqlı inkişaf sahəsində 2030-cu ilədək yoxsulluğa son qoyacaq, inkişaf və insanların rifahını təşviq edəcək, eyni zamanda ətraf mühiti qoruyacaq yeni 17 məqsədin müəyyən edildiyi iddialı gündəliyə dair razılığa gəliblər.
BMT-nin Baş Katibi Ban Ki-mun sazişi alqışlayıb, "dünyamızın tarixi dönüş nöqtəsi olan universal, inqilabi və inteqrə edilmiş gündəliyi əhatə etdiyini" söyləyib: “Bu, İnsanların Gündəliyidir, hər yerdə bütün aspektlərdə yoxsulluğa biryolluq son qoymaq və heç kəsi unutmamaq üçün fəaliyyət planıdır. Sənəd sülh və əmin-amanlığı təmin edir, insanlarla və mahiyyətcə planetlə tərəfdaşlığı formalaşdırır. Inteqrə edilmiş, bir-biri ilə əlaqəli və ayrılmaz olan 17 Dayanıqlı İnkişaf Məqsədi insanların məqsədlərini və bu yeni Gündəliyin miqyasını, universallığını və iddiasını nümayiş etdirir.
O qeyd edib ki, sentyabr ayında yeni gündəliyin qəbul ediləcəyi Sammit "yoxsulluğun aradan qaldırılacağı, rifahın bölüşəcəyi, iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvələrinin qarşısının alınacağı Dayanıqlı İnkişafın yeni erasını planlaşdırılacaq".
Əlavə edib ki, BMT Sistemi Əddis Əbəbədə İnkişaf üçün Maliyyələşmə üzrə Üçüncü Beynəlxalq Konfransın uğurlu nəticəsinə əsaslanan və dekabr ayında ətraf mühitlə bağlı Parisdə COP21-də mühüm sazişin əldə edilməsinə də töhfə vermiş yeni gündəliyin icrasını dəstəkləməyə hazırdır.
BMT-nin İnkişaf Proqramının Administratoru Helen Klark deyib: "Bu saziş dünyamızı inklüziv və dayanıqlı istiqamətə yönləndirən mühüm mərhələdir. Birlikdə çalışsaq, vətəndaşların sülh, əmin-amanlıq və rifahı naminə arzularını reallaşdırmaq və planetimizi qorumaq şansı əldə edəcəyik."
Yeni dayanıqlı inkişaf gündəliyinin yekun sənədini rəsmən qəbul etmək məqsədilə 150-dən artıq dünya liderinin 25-27 sentyabr aylarında Nyu Yorkda BMT-nin Baş Qərargahında keçiriləcək Dayanıqlı İnkişaf Sammitində iştirak edəcəyi gözlənilir.
Dayanıqlı inkişaf üzrə yeni gündəlik Minilliyin İnkişaf Məqsədlərinin uğuruna əsaslanır ki, bu sənəd 700 milyondan artıq əhaliyə yoxsulluqdan qurtulmağa yardım edib. 2000-ci ildə qəbul edilmiş 8 Minilliyin İnkişaf Məqsədi 2015-ci ilədək yoxsulluğu, aclığı, xəstəliyi, gender qeyr-bərabərliyini azaltmağa, habelə təmiz su və kanalizasiya sisteminə çıxışı artırmağa yönəlib. Dayanıqlı inkişaf üzrə yeni məqsədlər və daha geniş dayanıqlıq gündəliyi bundan kənara çıxararaq, yoxsulluğun kökündə duran səbəbləri, bütün insanlara xidmət edən inkişafa dair ümümbəşəri ehtiyac məsələsini hədəfə alır.
Onu da qeyd edək ki, bu ilin sentyabrın ayında Azərbaycanın da qəbul edəcəyi Dayanıqlı İnkişaf Məqsədləri üzrə Yeni Gündəliyə dair Razılıq dünya liderləri tərəfindən əldə edilib. Xatırladaq ki, BMT-nin qəbul ediləcək Qlobal İnkişafla bağlı bu sənədi iki il ərzində üzv ölkələrdə hökumət, vətəndaş cəmiyyəti, çoxsaylı partnyorlar və adi insanlarla aparılmış milli məsləhətləşmələrin nəticələri əsasında hazırlanıb. Həmin milli məsləhətləşmələr 2013-2014-cü illərdə Azərbaycanda da keçirilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info