«Russkaya Qermaniya» nəşri: «Britaniya ilə Almaniyanın münasibətləri pisləşib»
Tarix: 02.02.2013 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Angela Merkel:
«Mən əminəm ki, siz adada xoşbəxtsiniz,

amma tək qalanda bu, sizi xoşbəxt etməyəcək»
Böyük Britaniyanın baş naziri Devid Kemeronun ölkənin Avropa İttifaqından çıxacağı ilə bağlı məlum bəyanatı rəsmi Londonun Almaniya ilə münasibətlərini xeyli pisləşdirib. Bu haqda «Russkaya Qermaniya» nəşrində Kira Savçenkonun müəllifi olduğu məqalədə qeyd edilir. Müəllif yazır ki, münasibətlərin pisləşməsi səbəbsiz deyil.
Çünki Almaniya Avropa İttifaqının «lokomotivi» kimi birliyi möhkəmləndirməyə çalışır. Belə olan halda Britaniya kimi nəhəng üzvün referendum məsələsini ortaya atması Berlinin maraqlarına cavab vermir. Müəllif qeyd edir ki, bu məsələnin reallaşması 2015-ci ildə keçiriləcək seçkinin nəticəsindən asılı olacaq. Amma bütün halda Kemeronun bəlkə də daxili siyasi maraqlardan qaynaqlanan açıqlaması beynəlxalq xarakter alıb: «Ekspertlər hesab edir ki, belə bir bəyanatın səsləndirilməsi Kemeronun partiyasının reytinqinin yüksəlməsi üçün çox asan vasitədir. Ən azı ona görə ki, hazırkı vəziyyətdə seçki keçirilsəydi ingilislərin əksəriyyəti «azad olmağa» səs verərdi. Britaniya ilə Almaniyanın münasibətlərinin korlanmasının yeni dövrü ötən il referendum məsələsinin ortaya atılması ilə başladı. Hazırda Britaniyanın niyyəti ilə bağlı heç bir şübhənin olmadığı bir vaxtda siyasilər ifadələr seçərkən heç də diqqətli olmurlar. Məsələn, Bundestaqın üzvü Günter Krixbaum bildirib ki, Britaniya Avropanı şantaj etməməlidir. «Belə bir risk var ki, refrendum Avropada vəziyyətin yaxşılaşmasına və inteqrasiyanın güclənməsinə zərbə vura bilər» - deyə Krixbaum bildirib. «Şantaj» ifadəsini Almaniyanın maliyyə naziri Volfqanq Şoyble də ifadə edib: «Britaniyalı tərəfdaşlarımız bizim üçün təhlükə deyil, amma referendum qeyri-müəyyənlik yaradır». Kansler Angela Merkel də antiavropa meyilli ingilis siyasilərə cavab verib: «Mən əminəm ki, siz adada xoşbəxtsiniz, amma tək qalanda bu, sizi xoşbəxt etməyəcək. Biz Britaniya ilə məsələni müzakirə etməyə hazırıq. Amma nəzərə almalıyıq ki, birliyin digər üzvlərinin də arzusu var və biz burada kompromis tapmalıyıq». Britaniyanın bu addımı Almaniya ilə yanaşı Avropanı da təhlükə altına qoyur. Belə ki, Britaniyanın Avropa İttifaqını tərk etməklə bağlı hədəsi investorları sərmayə yatırmaqdan çəkindirməklə yanaşı, birliyi beynəlxalq müstəvidə ABŞ və inkişaf edən ölkələrin arasında zəif duruma salır. İngilis konservatorların bu qərar üçün öz tezisləri var. Bu, ən azı onları Avropa İttifaqının illik büdcəsinə ödənən 8 milyard funtdan və Almaniyanın ciddi şəkildə lobbiçilik etdiyi və «Robin Qud» adlandırılan vergidən xilas edəcək. Kemeron Merkeli inandıra bilmir ki, Brüsselin vəziyyətini düzəltmək üçün atılan addımlardan imtina etmək lazımdır. Digər tərəfdən Niderland və İsveç də bu məsələdə ingilislərin haqlı olduğunu düşünür. Digər tərəfdən Britaniya və Almaniya müttəfiq kimi bir-birinə çox lazımdır. Hələ 1953-cü ildə Adenauer bildirmişdi ki, əsəbi Fransa ilə təkbaşına qalmamaq üçün Britaniyanın Avropanın müdafiə sahəsindəki təsirin alqışlayırlar. İndi bu gediş heç olmadığı kimi aktualdır. Çünki Merkellə eyni fikirdə olan Sarkozini artıq pensiya islahatını ləğv edən sosialist Olland əvəzləyib. Belə olan halda Almaniyaya yeni müttəfiq lazımdır. Bu isə avroya görə funtdan imtina etməyən, Şengen zonasına daxil olmayan və Avropa İttifaqında böyük nüfuz sahibi olan Britaniya ola bilər. Onların bir çox məsələdə gizli əməkdaşlığı yaxşı alınıb. Məsələn, Britaniya məhz Almaniyanın yardımı ilə həftədə 48 saatdan çox işləməyi qadağan edən Avropa direktivlərindən yan keçə bilib. Bu məsələ 16 saatlıq iş günü olan ingilislər üçün xeyli xoşagəlməz hal yarada bilərdi. Avropa bazarını daha yaxşı tənzimləmək və öz aralarında əlverişli maliyyə şərtləri yaratmağa çalışan cənub bloku-İspaniya, Portuqaliya və Yunanıstana qarşı dayanmaq üçün Berlinə London lazımdır. Britaniyasız Almaniya izolyasiyaya düşə bilər. İndi Almaniya ya Avropa İttifaqında vəziyyəti düzəltməyə çalışmalıdır ki, ingilislər orda qalsın, ya da seçkidə avrokrat və referenduma qarşı olan leyboristlərin qələbəsinə çalışmalıdır».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info