RYTN-in Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub
Tarix: 07.08.2015 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edib.
Nazirin müşaviri Müşfiq Əmirov bildirib ki, bu gün informasiya cəmiyyətinin inkişaf etdiyi, qlobal informasiya məkanında yeni tələb və trendlərin formalaşdığı zamanda bütün informasiya təsisatlarının öz strukturunda dəyişikliklər etməsi labüddür. Bu baxımdan müasir standartlara və ən son texnologiyalara əsaslanan mərkəzin fəaliyyəti məqsədə uyğundur. RYTN-in informasiya siyasətinin tənzimlənməsi, nazirliyin həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək. Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və “ICTnews” Elektron Xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info