Elman Mehdiyev: “Hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir”
Tarix: 07.08.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Ödənilən pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki , bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır. Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Bu barədə jurnalistlərə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirlərinin artığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Bu artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub.”




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info