Nazir: “Yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə dəstək göstəriləcək”
Tarix: 07.08.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə yenilik və innovativ dəyişikliklər təşviq edilir, yeni və mütərəqqi ideyaların reallaşması üçün hər bir dəstək göstərilir. Bu günlərdə azərbaycanlı tələbələrdən ibarət startapçıların nüfuzlu beynəlxalq müsabiqədə qalib gəlməsi ölkəmizdə gənclərin innovativ biliklərinin inkişafı üçün yaradılan şəraitin nəticəsidir.
Belə ki, Azərbaycan Respublikası Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin “Microsoft Azerbaijan” şirkəti ilə birgə start verdiyi “Microsoft Imagine Cup” innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş “NoObs” komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş final mərhələsində də uğurla təmsil edib. “NoObs” komandası tərəfindən “Bluetooth-tənzimçilərin dəsti”, eyni zamanda “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi təqdim edilmiş və həmin layihə müsabiqədə 2-ci yeri tutmuşdur. Gənclərin İKT sahəsinə marağının artırılması və əməyinin qiymətləndirilməsi üçün “Microsoft” şirkəti tərəfindən tələbələr arasında keçirilmiş “Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovla görüşüb.
Nazir Bakı Dövlət və Xəzər universitetlərinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət “NoObs” komandasının bu mötəbər müsabiqənin “İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi “Spinal” layihəsini yüksək qiymətləndirmiş və qalib komandanı təbrik edib.
Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk dəfə təmsil olunaraq belə yüksək nəticə əldə etməsindən məmnunluğunu ifadə edən nazir yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə bundan sonra da istənilən dəstəyin göstəriləcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, sözügedən müsabiqə ənənəvi olaraq üç kateqoriya üzrə keçirilib: “Dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr”, “Oyunlar” və “İnnovasiyalar”. Azərbaycanlı tələbələrin “Spinal” layihəsinin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. “Microsoft Imagine Cup 2015” kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi “Microsoft” şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edilib. Müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək “Microsoft Windows” platformalarında tətbiq etmək, innovativ proqram layihəsi hazırlamaq və yaxud “Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır.Nazir Əli Abbasovun əmrinə əsasən “NoObs” komandasının üzvləri fəxri fərmanla təltif edilib. Sonda mükafatçılara fəxri fərman və pul mükafatları təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib
19.09.2019
“İrəli“ üzvləri beynəlxalq layihədə
19.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
19.09.2019
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info