“Deutsche Welle“: ” Rusiya bir gündə Avropadan gətirilən 320 ton qida məhsulunu məhv edib”
Tarix: 07.08.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Rusiyanın hava limanlarında da sanksiya qoyulmuş məhsulları eyni aqibət gözləyir

Son zamanların dünyanın ən ağrılı mövzularından biri də geni dəyişdirilmiş, modifikasiya olunmuş qida- GMO məhsullarıdır. Təbii ki, belə bir addımın atılmasında əsas məqsəd məhsul bolluğuna hesablansa da, bu məhsulların gətirdiyi fəsadlar ölçüyəgəlməzdir. Müxtəlif heyvanların genindən yararlanmaqla həyata gətirilən bu məhsullar sonralar elə xəstəliklər törədir ki, bu məhsulların əleyhdarı olan mütəxəssisin dediyi kimi, «bu xəstəliyin adını ən ixtisaslı həkimlər də müəyyən edə bilmirlər».
O da qeyd edilməlidir ki, əhalisinin yaşayış səviyyəsinə uyğun olaraq, hər bir dövlət bu məhsulların ölkə ərazisində yayılmasına müxtəlif aspektlərdən yanaşırlar. Məsələn, artıq Avropanın bir çox ölkələri bu məhsulların ölkəsinə idxalına qadağa qoyublar.
Rusiyada isə son günlər ərzaq məhsullarının kütləvi məhv edilməsi GMO qidalar problemi ilə bağlı deyil. Belə ki, Rusiya özünə qarşı sanksiyalara qoşulan bütün dövlətlərdən bəzi qida məhsullarının idxalına qadağa qoymuşdu. Buna baxmayaraq, “qadağan olunmuş məhsullar” dolayı yollarla Rusiyaya daxil ola bilirdi. Putin bunun qarşısını almaq üçün həmin məhsulların ələ keçirilən zaman dərhal məhv edilməsi haqda qərar verdi.
Almaniyanın "Deutsche Welle" nəşri bu məsələyə xüsusi yazı həsr edib. Orada deyilir: ”Son günlər Rusiyada da «qaçaqçılıq» yolla ölkəyə gətirilən belə məhsulların qarşısını almağa başlayıblar. Belə ki, Rusiya prezidenti imzaladığı yeni fərmanla ölkədə müsadirə edilən bu məhsulları yerindəcə məhv etməyə çağırış edib.
Bəlkə də elə bunun nəticəsidir ki, son bir gündə Rusiyada 320 tondan artıq sanksiyaların məhdudiyyət qoyduğu məhsullar məhv edilib. Rusiyanın nəzarə xidmətinin (Rosselxoznadzor) verdiyi məlumata görə, məhv edilən məhsulların 290 min tonu bitki məhsulları, 29,3 tonu isə heyvan mənşəli məhsulladır. Xidmətin başqa bir məlumatına görə, ölkəyə qeyri-qanuni yolla idxal edilən 407 tondan artıq bitkiçilik məhsulları üzərində də araşdırmalar aparılır və çox ehtimalla onlar da məhv ediləcək.
Rusyianın federal baytarlıq və fitosanitar nəzarət xidmətinin məlumatına görə, məhsulların məhvi ölkənin bir çox əyalət şəhərlərində də həyata keçirilir. Belə ki, Sankt-Peterburqun «Pulkovo» hava limanının ərazisində Almaniyadan gətirilən 500 kiloqramdan artıq pendir, Litvadan gətirilən 215 kiloqram ət müsadirə edilərək yandırılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov internet vasitəsilə 200 mindən artıq ölkə fəalının «Vladimir Putinin məhsulların məhvi haqqında qərarının ləğv edilməsinə» və gətirilən məhsulların «ehtiyacı olan ölkə vətəndaşlarına verilməsinə» dair çağırışlarına münasibət bildirib. «İnterfaks» agentliyinə açıqlama verən mətbuat katibi bildirib ki, ölkə prezidenti tərəfindən belə bir addımın atılması, ilk növbədə, qaçaqmalçılığın qarşısını almağa, ölkənin iqtisadi maraqlarının qorunmasına və vətəndaşların sağlamlığının qayğısına qalmağa hesablanıb”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info