1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib
Tarix: 07.08.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin iyul ayında həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
Aparılan təhlillər nəticəsində hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. DƏMX aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə tədbirlər görüb, habelə əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib. Cərimələrin ümumi məbləğinin 30 faizi (172608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.
DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, eyni zamanda işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-məlumatlandırma işlərinin aparılması iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının ötən ay 11,2 faiz, ümumən cari ilin yanvar-iyul aylarında isə 12,5 faiz azalmasına səbəb olub.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info