Ötən ay Naxçıvanda dəmir yolu vasitəsilə 9 min tonadək yük daşınıb
Tarix: 07.08.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun strukturları bu ilin iyul ayında da üzərinə düşən vəzifələri uğurla icra edib, xidmətin keyfiyyəti yüksəldilib. Təhlükəsizlik tədbirlərinin, qatarların və dəmir yolu xətlərinin müasir tələblərə cavab verməsi nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olub.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, cari ilin iyul ayında ayrı-ayrı tikinti təşkilatlarına 8 min 895 ton müxtəliftəyinatlı yük daşınıb, 10 min 884 sərnişin mənzil başına qatarlar vasitəsilə çatdırılıb.
Yolların və nəqliyyat vasitələrinin sazlığı daim nəzarətdə saxlanılır. Ötən ay elektrovozlar 4, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilib, 2 elektrovoz cari təmir edilib. Həmçinin bu dövrdə 27 vaqonda cari, bir sərnişin vaqonunda isə depo təmiri aparılıb. Bundan başqa, bir sərnişin vaqonu əsaslı təmir edilərək istilik sistemi yenidən qurulub. Mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilib, keçidlər, yol yatağı, körpü və yoldəyişdiricilər yoxlanılaraq müvafiq təmir işləri görülüb.
Qatar dispetçeri ilə maşinistlər arasında keyfiyyətli radiorabitənin təşkili məqsədilə lokomotivlərdə 7 blok dəyişdirilib, dəmir yolu obyektləri və elektrovozlar fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Bəhs olunan dövrdə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad Stansiyası İdarəetmə Mərkəzi əsaslı təmir olunub, Ordubad Yol Sahəsinin inzibati binasının və sərnişin vağzalı binasının tikintisi davam etdirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info