“Pley-offda da çox çətin olacaq”
Tarix: 08.08.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Apollon”a qalib gəlib, pley-off mərhələsinə yüksəldiyimiz, azarkeşlərimizə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu oyunda azarkeş dəstəyi çox yüksək səviyyədə idi. “Apollon” ilə oyun heç də asan olmadı/ Rəqib güclü komanda idi”.
Bu fikri futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” komandasına qalib gələrək pley-off mərhələsinə yüksələn “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis qeyd edib: “Komandamız ideal olmasa da, yaxşı çıxış etdi. Lazım olan nəticəni əldə etdik. Lakin oyun planında texniki xətalara yol verdik. Futbolçular bəzən emosiyalara qapılırdı. Pley-offda da çox çətin olacaq. Bu mərhələdə asan qarşılaşma olmur. Əlbəttə ki, əsas heyət oyunçuları Cavid Hüseynovun və Ürfan Abbasovun cəzalı duruma düşməsi də bu çətinliyi artırır. Lakin ehtiyatda olanlar da yaxşı futbolçulardır. Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki burada yalnız yoldaşlıq, dostluq, mehribanlıq görürəm”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info