“Xədicə İsmayılovanın cinayət işi üzrə bütün ittihamlar sübuta yetirilib”
Tarix: 08.08.2015 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Xədicə İsmayılova səs-küy salaraq məhkəmənin
gedişatını pozub


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Trend”in məlumatına görə, iclasın əvvəlində X.İsmayılova karküzarlıq işlərinin aparılmasına etirazını bildirib. O, vəsatət qaldırıb ki, iclasdan sonra məhkəmə protokolları ilə tanış olsun. Lakin hakim R.Allahverdiyeva bunun qanunazidd olduğunu deyib və bildirib ki, məhkəmə istintaqı prosesi başa çatdıqdan sonra 3 gün ərzində protokollarla tanış olmaq üçün kifayət qədər imkan yaradılacaq.
X.İsmayılovanın vəkilləri məhkəmə iclasında zərərçəkmişin iştirak etməməsinə etiraz edərək məhkəmə iclasının dayandırılması, iclasın zərərçəkən gəldikdən sonra davam etdirilməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin hakim bildirib ki, zərərçəkmişə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilib, lakin o, iclasa gəlməyib. R.Allahverdiyev deyib ki, məhkəmə kollegiyası zərərçəkmişin növbəti prosesdə məcburi qaydada iştirakı barədə qərar qəbul edib. Dövlət ittihamçısı Ramazan Hadıyev də iclasın zərərçəkmişin iştirakı olmadan davam etdirilməsinin qanunazidd olmadığını bildirib. Sonra X.İsmayılovanın vəkilləri lazımi məsləhətləşmələrin aparılması üçün onun şüşə kabinədən çıxarılıb onlarla birgə əyləşməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı bildirib ki, məsləhətləşmək üçün kifayət qədər vaxt verilib, X.İsmayılovanın şüşə kabinədə oturması onun haqqında seçilən həbs qətimkan tədbirinin tələbindən irəli gəlir. Hakim isə bildirib ki, X.İsmayılovanın şüşə kabinədə saxlanması onun təhlükəsizliyi baxımından da önəmlidir. O, qeyd edib ki, vəkillərlə X.İsmayılovanın məsləhətləşməsi üçün şərait yaradılacaq. Beləliklə, növbəti vəsatət də təmin olunmayıb. Daha sonra X.İsmayılovanın vəkilləri ona qarşı vergidən yayınma ittihamına xitam verilməsi üçün vəsatət qaldırıblar. Dövlət ittihamçısı isə bildirib ki, bununla bağlı araşdırma aparılıb, bütün ittihamlar öz təsdiqini tapıb, buna görə də bu vəsatətin təmin olunmamasını istəyir. X.İsmayılovanın vəkilləri deyib ki, "Azadlıq" radiosunun Bakı bürosunun Beynəlxalq Bankda hesabının olduğu bildirilir, buna görə də imza nümunəsinin olub-olmaması ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu göndərilməsini istəyirlər. Dövlət ittihamçısı isə bildirib ki, cinayət işi üzrə ittihamlar sübuta yetirilib və cinayət işi üzrə materialların arasında bank sənədləri də var. Bu baxımdan sorğunun verilməsinə ehtiyac yoxdur. Dövlət ittihamçısı X.İsmayılovaya qarşı irəli sürülən ittihamları səsləndirib. Bundan sonra X.İsmayılova ifadə verib və dövlət ittihamçısının bir sıra suallarına cavab verib. Məhkəmədə fasilə elan olnub, nahar fasiləsindən sonra proses davam etdirilib. Fasilədən sonra X.İsmayılova səs-küy salaraq məhkəmənin gedişatını pozub. O, dövlət ittihamçısının suallarına cavab verməkdən imtina edib. Hakim ona bir neçə dəfə xəbərdarlıq etsə də, onun bu hərəkətinin qanunazidd olduğunu desə də, X.İsmayılova yenə də səs-küy salmaqda və məhkəmə prosesinin gedişatına mane olmaqda davam edib. X.İsmayılovanın belə hərəkətləri ilə əlaqədar hakim yenidən fasilə edib. Fasilədən sonra proses davam etdirilib. Prosesdə X.İsmayılovanın vəkilləri hakimlərin tərkibinə etiraz edərək bununla bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı etiraza konkret əsasların göstərilmədiyini bildirərək vəsatətin təmin olunmasını məqsədəuyğun hesab etməyib. Məhkəmə heyəti vəsatəti baxılmamış saxlayıb. Sonra proses şahidlərin ifadəsi ilə davam etdirilib. İlk olaraq jurnalist Aynurə İmranova dövlət ittihamçısının bir neçə sualını cavablandırıb. Dövlət ittihamçısı onun ilkin ifadəsi ilə hazırkı ifadəsində ziddiyyətlər olduğunu bildirib. Adrınca X.İsmayılovadan sonra “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri işləmiş Babək Bəkirov ifadə verərək dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. Bundan əlavə, şahid Tahir Seyidov və Hakim Əhmədov dövlət ittihamçısının və X.İsmayılovanın vəkillərinin suallarını cavablandırıb. Növbəti məhkəmə prosesi avqustun 10-u saat 11:00-a təyin edilib. Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info