“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi, dini, mədəni abidələr tamamilə dağıdılıb”
Tarix: 08.08.2015 | Saat: 01:36:00 | E-mail | Çapa göndər


Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın xarici işlər naziri kimi təqdim edən Karen Mirzoyan adlı şəxsin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibəsində səsləndirdiyi əsassız fikirlərə cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun bu ölkənin “İl giornale” qəzetinin saytında məktubu yerləşdirilib.
Səfir məktubda bildirir ki, bu silahlı separatçı rejim Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərir. Hər kəsə məlumdur ki, bu qondarma qurum Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, habelə digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur. Bu yaxınlarda Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə verdiyi qərar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı məsuliyyət daşıdığını bir daha təsdiq etdi. V.Sadıqov vurğulayıb ki, K.Mirzoyan həqiqətləri təhrif edərək münaqişədə Dağlıq Qarabağın tərəf kimi iştirakını qeyd edir. Lakin Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərinə hücumu beynəlxalq birlik tərəfindən təsdiqlənmiş bir faktdır. O deyib: “Müsahibədə səslənən yanlış fikirlərdən biri də Dağlıq Qarabağda yaşayan ermənilərlə bağlıdır. Xatırlatmaq istərdim ki, bu bölgədə yaşayan ermənilər “xalq” deyil, sadəcə Azərbaycanda yaşayan digər etnik qruplardan biridir. Separatçı rejimin nümayəndəsi “unudur” ki, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində Dağlıq Qarabağda yaşamış 50 min azərbaycanlı və işğal olunmuş digər 7 ətraf rayonda yaşamış 700 min soydaşımız oradan qovulub. Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi cəlb olunması məsələsinə gəldikdə, bu barədə Azərbaycanın mövqeyi qətidir: ölkəmizlə separatçı rejim arasında heç bir danışıqlar ola bilməz”. Səfir bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi, dini, mədəni abidələr tamamilə dağıdılıb, ümumi dəyən zərər 60 milyard ABŞ dolları həcmindədir. Diqqətə çatdırılıb ki, problemin həlli mövcud reallıqları nəzərə almaqla həyata keçirilə bilər. Bu reallıq da Azərbaycan ərazilərinin işğalı və beynəlxalq hüququn prinsiplərinin Ermənistan tərəfindən pozulması ilə bağlıdır. Danışıqlar prosesi uğursuzluğa düçar olduğu təqdirdə ölkəmiz torpaqlarını hərb yolu ilə geri qaytarmaq iqtidarındadır.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info