Kəngərli rayonunda yeni Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib
Tarix: 08.08.2015 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Kəngərli rayonunda da uğurla icra olunur.
Dövlət Proqramına uyğun olaraq ötən dövrdə rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, rayonun mərkəzi olan Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dünən Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış tədbirində iştirak ediblər. Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə edib. Yaşayış məntəqələrində müasir şərait yaradılıb. Təkcə 2015-ci ilin ötən dövründə Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq gənclər şahmat məktəbi və Elektrik şəbəkəsi üçün yeni binalar istifadəyə verilib. Hazırda Yurdçu kəndində yeni sosial obyektlərin inşası davam etdirilir, kənd yolu abadlaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik edib, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək deyib ki, Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir: “Hazırda Kəngərli rayonunda 12 hüquqi, 391 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kompleksin istifadəyə verilməsi ilə sahibkarlıq obyektlərinin sırasına biri də əlavə olundu”. Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və kompleksin uzun müddət rayon əhalisinə xidmət edəcəyinə əminliyini bildirib, bir daha təşkilatçılara təşəkkür edib. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılışı bildirən lenti kəsiblər.





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info