Balakən sakinləri “kütləvi çıxarış” kampaniyasından yararlanıb
Tarix: 08.08.2015 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası fəaliyyət dairəsini getdikcə genişləndirir.
Vətəndaşlar bu kampaniyadan “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün ilkin xidmətlərdən yararlana bilirlər. Kampaniyanın regionlarda təşkilinin başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Növbəti “kütləvi çıxarış” kampaniyası dünən Balakən rayonunda təşkil olunub. Kampaniya çərçivəsində rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu, hazır çıxarışların verilməsi, yerlərdə hüquqi yardım, həmçinin fiziki məhdudiyyətli vətəndaşlara birbaşa öz evlərində qeydiyyat xidmətləri göstərilib. Kampaniya zamanı, ümumilikdə 550-yə yaxın vətəndaş daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdən yararlanıb. O cümlədən, 300-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib. Eyni zamanda, 150-yə yaxın vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib, 100-ə yaxın vətəndaşa hüquqi yardım xidmətləri göstərilib.Kampaniyadan yararlanan rayon sakinləri onlara göstərilən xidmətlərdən razı qaldıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info