Son 4 ildə “Elektron hökumət” portalına 2 milyondan çox şəxs müraciət edib
Tarix: 10.08.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Nazirlikdən verilən məlumata görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından cari ilin iyul ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 8 mln. 204 min 936 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 2 mln. 300 min 721 nəfər olub. Belə ki, 2 mln. 300 min 721 nəfər ümumən 8 mln. 204 min 936 dəfə portala baxıb və 14 mln. 173 min 264 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 28 mln. 327 min 790 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 24 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portal marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 28,1%-ni yeni istifadəçilər, 71,9%-ni isə təkrar müraciət edənlər təşkil edib. İyul ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 874 min 169 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 319 min 715 nəfər olub. Həmin şəxslər 2 mln. 437 min 657 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1 mln. 401 min 411 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 15 saniyə təşkil edib. İyul ayı ərzində portala müraciət edənlərin 25,6%-ni yeni istifadəçilər, 74,4%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 266 min 575-ə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info