Azərbaycan Kür çayı ilə bağlı Gürcüstanla saziş imzalayacaq
Tarix: 10.08.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında Kür çayının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı saziş imzalanacaq.
Bunu KİV-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib. O bildirib ki, Azərbaycan Kür çayında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində beynəlxalq səviyyədə xeyli işlər görüb.
Gürcüstan höküməti ilə imzalanacaq sazişi qeyd edən direktor müavini hesab edir ki, sənədin imzalanmasından sonra Kür çayının ekoloji vəziyyətində xeyli irəliləyiş olacaq: "Sözügedən məsələ ilə bağlı Azərbaycan Gürcüstan höküməti ilə iki ilə yaxındır ki, müzakirələr aparır və bu istiqamətdə aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir".
M.Avazova hesab edir ki, sazişdən sonra Kür çayının Gürcüstan hissəsində ekoloji durum xeyli yaxşılaşacaq: “Gürcüstanla Azərbaycan arasında Kür çayının su ehtiyatının idarə olunması üzrə saziş artıq iki ilə yaxındır müzakirə olunur. Diplomatik kanallarla və xarici işlər nazirlikləri səviyyəsində danışıqlar gedir. Müzakirələr bitdikdən sonra iki dövlət arasında saziş imzalanacaq. Bundan sonra qarşı tərəf bu istiqamətdə - suyun keyfiyyətinin yaxşılaşdırılması üçün istəsə də, istəməsə də üzərinə düşən məsuliyyəti həyata keçirməli olacaq. Düşünürəm ki, sazişin imzalanmasından sonra Kür çayında çirklənmənin qarşısını almaq mümkün olacaq”.
Nazirlik rəsmisi qeyd edib ki, 10 ildir ki, Azərbaycan Avropa Şurasının “Transsərhəd su axınları” adlı Avropa Konvensiyasına qoşulub və qurum 4 ildən bir suyun keyfiyyətinin qiymətləndirilməsi üçün hesabatlar hazırlayır.
Nazirlik rəsmisinin sözlərinə görə, beynəlxalq hesabatlarda Kür və Araz çaylarının güclü çirklənməyə məruz qaldığı qeyd olunur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info