Andranik Nikoqosyan: «Əminəm ki, Ermənistan Rusiyanın tərkibinə daxil olacaq»
Tarix: 10.08.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Rusiyanın tanınmış ictimai xadimi kimi təqdim edilən Andranik Nikoqosyan Ermənistanın «Qazeta. am» nəşrinə müsahibə verib. Qeyd edək ki, ixtisasca hüquqşünas olan Nikoqosyan Ermənistanda doğulsa da , ən yüksək karyerasına Rusiyada nail olub. Hökumət və qeyri-hökumət təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb. O, nəşrin Ermənistanla bağlı, bu ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasının ölkə üçün hansı effekt verəcəyi barədə sualı cavablandırarkən bildirir ki, artıq Ermənistan 2015-ci ildən bu təşkilatın tamhüquqlu üzvüdür:”Bunu artıq bütün dünya bilir. Amma mən, Rusiyada yaşayan və bu proseslərin fəal iştirakçısı kimi, bu məsələdə səmimi olacağam. Təbii ki, Rusiya istisna olmaqla, Belarus, Qazaxıstan və Qırğızıstanda hər hansı bir iqtisadi artım haqqında danışmaq yanlışlıq olardı. Bu təşkilatda gələcək iqtisadi artımın necə olacağı barədə də indidən fikir söyləmək çətindir. Lakin mən əminəm ki, Ermənistanın iqtisadi inkişafında Rusiyanın rolu olub və gələcəkdə də olşacaq. Rusiya Ermənistana kapital axınında lokomotiv rolunu oynayacaq. İqtisadi baxımdan bunu qeyd edərkən, onu da xatırlatmaq yerinə düşər ki, «erməni soyqırı»mının 100 illiyi keçirilərkən, Rusiya istisna olmaqla, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin heç biri prezident səviyyəsində bu tədbirlərdə iştirak etmədi.”
Nəşrin Türkiyə ilə bağlı, Türkiyənin yeni Osmanlı imperiyası yaratması ilə bağlı sualını cavablandıran Nikoqosyan, Ərdoğanın buna necə nail ola biləcəyinə tərəddüdlə yanaşdığını bildirir. Amma Rusiyanın imperiyanı yenidən bərpa etməsinin vacibliyini önə çəkir. O, əminliklə iddia edir ki, federasiya Rusyia üçün çox azdır. Ona görə də keçmiş Sovet ölkələrini Rusiyanın tərkibinə qatmaq lazımdır.
“Ermənistanın Rusiyanın bir hissəsi olması lazımdırmı?” –sualına erməniəsilli xadim tərəddüd etmədən , «Təbii ki, lazımdır» -deyə cavab verir. O, fikirini Ermənistanın bu addımla təhlükəli hadisələrdən uzaq qala bilməsi ilə əlaqələndirir. Nikoqosyana görə, belə bir qərarın reallaşması ayrı-ayrı fərdi şəxslər tərəfindən deyil, Ermənistanın federasiya tərkibində hansı səlahiyyətlərə sahib olacağına referendum yolu ilə erməni xalqı qərar verməlidir:”Mən əminəm ki, əgər Rusiya bunun əleyhinə çıxmasa, Ermənistan xalqı böyük səs çoxluğu ilə Rusiyanın tərkibinə daxil olacaq. Bu halda, Ermənistan da nüvə sərhədlərinə malik ölkələrdən biri olacaq.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info