Ağdam gənclərinin daha yaxşı gələcək üçün təklifləri toplanılıb
Tarix: 10.08.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində Ağdam rayonunda təlimlər həyata keçirilib. Ağdam rayon İcra Hakimiyyəti və Ağdam rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 5 gün davam edən təlimlərdə rayonun fəal gəncləri inkişaf ediblər.
Layihənin əsas məqsədi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır.
Təlimin mövzuları Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən teatr-əsaslı təlimlər formasında tədris oliunub. Reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİVQİÇS kimi mövzuların müzakirə obyekti olduğu təlimlərin sonunda gənclər əldə etdikləri bilik və bacarıqları teatr tamaşasında əks etdiriblər. Təlim sessiyasının sonunda təşkil olunmuş teatr tamaşasını rayon ictimaiyyəti ilə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri də izləyib və iştirakçıların sertfikatla təltifolunma mərasimində iştirak ediblər.
Sessiya zamanı keçirilən açıq müzakirələrdə gənclər sözügedən mövzular ətrafında öz fikirlərini paylaşıb və səsləndirilən təkliflər toplanılıb. Qeyd edək ki, verilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.
Xatırladaq ki, “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində artıq Lənkəran və İsmayıllı şəhərlərində 5 günlük təlimlər həyata keçirilib. Layihənin yekun konfransının sentyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info