TUMİB Əli bəy Hüseynzadəyə həsr olunmuş seminar keçirib
Tarix: 10.08.2015 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) 08.08.2015 tarixində təşkilatın qərərgahında milli ideologiyamızın formalaşmasında xüsusi xidmətləri olan Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan) həyat və yaradıcılığına həsr olunmuş seminar keçirib.
TUMİB-in sədri Çingiz Bayramov seminarı açıq elan etdi və qeyd etdi ki, milli ideologiyamızın formalaşmasında rolu olan, tariximizdə xüsusi xidmətləri olan ziyalıları gənc nəslə daha yaxından tanıtmaq və bunun gənclərin milli-mənəvi dəyərlər baxımdan yetişməsi, maariflənməsi baxımından əhəmiyyətini nəzərə alaraq silsilə tədbirlərə başladıqlarınıı bildirib. Natiq ilk silsilə tədbirin Azərbaycançılıq məfkurəsinin banilərindən, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan) həyat və yaradıcılığına həsr olunmasının önəmindən və 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından danışıb. Natiq Ulu Öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrinin Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərin öyrənilməsi üçün gənclərə bir stimul olduğunu bildirib.
Daha sonra söz seminarın məruzəçisi TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verilib. Əli Fərhadov öz məruzəsində Əli bəy Hüseynzadənin “Həyat”, “Füyuzat” kimi ilk azərbaycandilli mətbuat orqanlarındakı rolundan, onun milli və dini maarifçilik fikirlərindən, cəhalətə, xurafata qarşı mübarizəsindən, türkçülük, islamçılıq və müasirləşmək istiqamətindəki çalışmalarından bəhs edib. Əli bəy Hüseynzadənin milli mədəniyyətin formalaşması üçün islam və Avropa mədəniyyətlərini milliliklə sintez etməsi sahəsindəki fikirləri natiq tərəfindən vurğulanıb.
Əli Fərhadovdan sonra TUMİB Tarix Mərkəzinin rəhbəri Əkbər Nəcəf, Üsküdar Universitetinin bölüm rəhbəri, sosioloq Əbülfəz Süleymanlı, TUMİB-in fəal üzvü Babək Xəlilov, taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşıyeva, “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, TUMİB-in İdarə Heyətinin üzvü Cabir Dövlətzadə öz çıxışlarında Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətindəki rolundan, azərbaycançılığa və türkçülüyə etdiyi xidmətlərdən bəhs ediblər. Tədbirdə TUMİB-in Gənclər Mərkəzinin rəhbəri Gülər Qasımlı, onun müavini Samir Penaliyev, TUMİB-in Mətbuat Xidmərinin rəhbəri Səbinə Novruzzadə, TUMİB-in Gənclər Mərkəzinin üzvləri Türkan Əliyeva, Asif Hacıyev, Məhəmməd Əsgərov, Cəmilə Aslan və sair gənclər, tələbələr də iştirak ediblər.
Tədbirin sonunda iştirakçıların suallarına cavab verildi və bu istiqamətdə silsilə tədbirlərin gələcəkdə də davam edəcəyi bildirilib.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info