Yunan-Roma güləşçilərindən bir bürünc medal
Tarix: 10.08.2015 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə Norveç və Finlandiyadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan idmançımız bürünc medal uğrunda görüşə çıxıb. Gürcüstan təmsilçisini vaxtından əvvəl böyük hesablı məğlubiyyətə məcbur edən Ülvi Avropa çempionatının bürünc medalına yiyələnib. Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb. Yeniyetmə qızların mübarizəsində güləşçilərimizdən Zemfira Ələkbərli (38 kq) gümüş və Aynur Camalova (43 kq) bürünc medala sahib olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info