Avropada “Zirvə fırtınası”
Tarix: 11.08.2015 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


İsveçin Landskrona şəhərində avqustun 1-dən 9-dək keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyində “Zirvə fırtınası” yaşanır.
Yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 85 kq çəki dərəcəsində birdən-birə üç idmançımız körpücük üzərinə çıxıb. “Abşeron-Zirvə” atleti Hüseyn İsmayılov, “Terespol-Zirvə” atleti Mateuş Skulimovski və “Jidaçiv-Zirvə” atleti İqor Obuxov medal mübarizəsinə qoşulublar. Hüseyn İsmayılov toplamda 300 kq (139+161) nəticə yekun sıralamada da 4-cü olsa da, birdən qaldırmada Avropanın ən yaxşısı olub. Polşalı atletimiz Mateuş Skulimovski birdən qaldırma hərəkətində 137 kq, təkanla qaldırma hərəkətində 164 kq nəticə göstərib və hər iki hərəkətdə bürünc medal qazanıb. “Terespol-Zirvə” atleti toplamda 301 kq (137+164) nəticə ilə isə Avropa birinciliyində 2-ci yerə çıxıb. Qızıl medal isə “Zirvə” atleti, Ukrayna təmsilçisi İ.Obuxova qismət olub. Bu ilin aprelində Perunun paytaxtı Limada yeniyetmələrin dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan gənc ağırlıqqaldıranımız bu dəfə də gözəl çıxış edib. Maraqlıdır ki, Obuxov birdən qaldırma hərəkətində 136 kq-la yalnız 4-cü olmuşdu. Ancaq təkanla qaldırma hərəkətində 181 kq nəticə göstərərək həm bu hərəkətdə, həm də yekunda hamını qabaqlayıb. Toplam 317 kq (136+181) nəticə ilə İqor qızıl medala sahib çıxıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info