“Qəbələdə keçirilən Dünya Kuboku yarışları çox gözəl təşkil edilib”
Tarix: 11.08.2015 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Qəbələdə keçirilən Dünya Kuboku yarışları çox gözəl təşkil edilib. Məskunlaşdığımız yerdən tutmuş, ən xırda məsələlərə qədər hər şey ürəyimizcədir “.
Bu sözləri İtaliyanın atıcılıq üzrə yığma komandasının baş məşqçisi, Olimpiya çempionu Andrea Benelli deyib. Andrea Benelli Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku yarışlarında İtaliya milli yığma komandasının üzvlərinin ötən iki gündə uğurla çıxış etdiyini bildirib: “Bu yarışlarda ilk qızıl medalı İtaliyanın qadın atıcısı Katyuşa Spada qazandı. Dairəvi səngər stend üzrə kişilərin yarışında da Qabriele Rossetti bürünc medal əldə etdi. Bizim idmançılar bu yarışda inamlı qələbə qazanmağı qarşıya məqsəd qoyub. Gələn il İtaliyada da Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları keçiriləcək”. İtaliyalı baş məşqçi Qəbələdə yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayıb: “Buranın insanları çox mehribandırlar. Bizə qarşı xoş münasibət göstərirlər. Hər şey əladır”. Andrea Benelli əvvəllər də Bakıda və Qəbələdə olduğunu bildirərək deyib: “Çox gözəl yerlərdir. Buradan məmnun qalmamaq mümkün deyil. Qəbələdəki atıcılıq kompleksində yarış poliqonu da əladır. Həmçinin idmançıların boş vaxtlarını səmərəli keçirmələri üçün gözəl proqram tərtib edilib. Əminəm ki, burada tez-tez beynəlxalq yarışlar təşkil ediləcək”.




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info