“Qəbələdə istənilən yarışı keçirmək olar”
Tarix: 11.08.2015 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Rusiya yığmasının baş məşqçisi:
"Ölkəmiz atıcılıq sahəsində Azərbaycana çatmağa
çalışır"


Rusiyanın qadınlardan ibarət atıcılıq millisinin baş məşqçisi Anatoli Yeqrişinin “apasport.az” saytına müsahibəsi:

- Qəbələdə keçirilən Dünya Kuboku yarışları haqda ilkin təəssüratlarınız necədir?
- Hər şey möhtəşəmdir. Yüksək səviyyəli idman kompleksində keçirilən yarışlarda çıxış etmək çox xoşdur. Buranın insanları, qonaqlara münasibət də yaxşı hislər oyadır. Təbiət isə ayrı mövzudur.
- Yəqin ki, Qəbələ ilə artıq tanış ola bilmisiniz...
- Bura uğur qazanmaq üçün gəlmişik. Bu üzdən yarış başlamazdan əvvəl ölkənizdə təlim-məşq toplanışında olduq. Yarışa yaxşı səviyyədə hazırlaşmaq üçün Qəbələ atıcılıq mərkəzində məşq keçirdik. Bu müddətdə gəzməli yerlərdə də olmuşuq. Hətta gölə də gedib istirahət etdik. Nohurgöllə yanaşı, digər yerlərə də baş çəkdik. Gördüyümüz gözəllikləri sözlə ifadə etmək çətindir. Amma bir istəyimiz qalıb. Yeddi gözəl şəlaləsini görməmişik. Yığmamızın üzvləri ilə ora da gedəcəyik.
-Azərbaycanda əvvəllər də olmusuz?
- Son illərdə olmamışam. Nə ötənilki Dünya Kuboku, nə də Avropa Oyunlarında. Bakıda hardasa 20 il əvvəl olmuşdum. Bu müddətdə Azərbaycan o qədər dəyişib ki... Yalnız müsbət mənada. Sizdə Qəbələ və Bakıda iki yüksək səviyyəli atıcılıq mərkəzi inşa olunub. Bu idman növü inkişaf edir. Təəssüf ki, bizdə vəziyyət belə deyil.
- Qəbələdəki atıcılıq mərkəzini Rusiyadakı mərkəzlərlə müqayisə edə bilərsiz?
- Ölkəmiz böyük olsa da, Qəbələ ilə müqayisə oluna biləcək iki kompleksimiz var. Bunlardan biri Moskva ətrafında, digəri Kazandadır. Sonuncu da Universiada üçün inşa olunub. Lakin onlar burada gördüklərimlə müqayisədə geri qalırlar. Bu sahədə hələlik Rusiya Azərbaycana çatmağa çalışır.
-Necə düşünürsüz, belə razı qaldığınız idman kompleksində digər böyük yarışlar keçirmək mümkündürmü?
- Qəbələdə dünya çempionatı istisna olmaqla, istənilən yarışı keçirmək olar. Çünki kompleks hər mənada müasir tələblərə cavab verir. Lakin Dünya Çempionatında bəzi tələblər var. Orada tirdəki atış zolaqlarının sayı 80 olmalıdır. Burada isə 60 atış zolağı var. Bu məsələni həll etdikdən sonra Dünya Çempionatını da keçirmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info