Xarici şirkətlər Sumqayıt Kimya Sənaye Parkına maraq göstərirlər
Tarix: 11.08.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Qərargahı Birləşmiş Ərəb Əmirliyində yerləşən “SYSCON” və Çinin “Chonqging International Association” şirkətlərinin nümayəndələri ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində görüş keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlər zamanı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov qonaqlara Sumqayıt Kimya Sənaye Parkının infrastrukturu, parkda investorlar üçün yaradılmış əlverişli imkanlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, parkda rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. Bu da sahibkarlara daha operativ və rahat xidmətin təşkilini təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisindən azaddır.
Qonaqlara Sənaye Parkının gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. Hər iki şirkət Sumqayıt Kimya Sənaye Parkında istehsalat müəssisələrinin qurulmasına maraq göstərib.
Qeyd edək ki, “SYSCON” şirkəti MDB, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələrinə dünya brendli məişət avadanlıqlarının distribyutorluğunu həyata keçirir. “Chonqging International Association” şirkəti isə kimya və neft-kimya aralıq məhsullarının istehsalı, o cümlədən etilen, PTO, asitat, asetilen üzrə ixtisaslaşıb.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşları artırıldı
18.06.2019
Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
18.06.2019
Ramil Usubov onu rəis təyin etdi
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
18.06.2019
Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info