Naxçıvanda 4 mindən çox işaxtaran işlə təmin olunub
Tarix: 11.08.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Ötən yeddi ayda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 4385 işaxtaran öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunub.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, rübdə bir dəfə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayon mərkəzlərində əmək yarmarkaları keçirilir. Bəhs olunan dövrdə də qrafik üzrə yarmarkaların keçirilməsi diqqətdə saxlanılıb, bu yarmarkalarda 1275 işaxtaran münasib işlə təmin edilib. Son illər muxtar respublikanın müxtəlif nazirliklərində də əmək yarmarkalarının keçirilməsinə başlanılıb. Adıçəkilən müddətdə təhsil sahəsi üzrə keçirilən əmək yarmarkasında 93, səhiyyə sahəsi üzrə keçirilən əmək yarmarkasında isə 11 nəfər öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunublar. Qeyri-məşğul əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə haqqıödənilən ictimai işlərin təşkilinə də ciddi önəm verilib. Bu dövrdə 480 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib. Milli xalq tətbiqi sənətinin təbliği məqsədilə evlərdə xalça toxunması ənənəsini davam etdirmək üçün “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında sosial qayğıya ehtiyacı olanların haqqıödənilən ictimai işlərə cəlb edilməsi məqsədi ilə 23 şəxslə müqavilə bağlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Sağlamlıq imkanları məhdud qadınlar da diqqətdə saxlanılıb, 24 nəfər sağlamlıq imkanları məhdud qadının yun corabların toxunması işini həyata keçirməsi təmin olunub. Tətil günlərində işləmək istəyən gənclərin mövsümi və haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə müxtəlif ali məktəblərin 35 tələbəsi mövsümi işlərə göndərilib. Əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, onun rəqabət gücünün artırılması və iqtisadi fəallığının yüksəldilməsi, milli xalq tətbiqi sənətinin yaşadılması məqsədilə əmək bazarında peşələrə olan tələbat müəyyənləşdirilərək həmin tələbata uyğun müasir peşə kurslarının açılması təmin edilir. Dövlət Məşğulluq Xidməti bu müddət ərzində rübdə bir dəfə olmaqla müəssisələrdə sorğu keçirib və Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşələr üzrə hazırlıq kursları təşkil edilib. Bu kurslara 662 nəfər cəlb olunub. Sosial müdafiəyə xüsusi ehtiyacı olanların, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin sosial reabilitasiyası məqsədilə cari ilin avqust ayınadək sağlamlıq imkanları məhdud 124 nəfər peşə kurslarına cəlb edilib. Əlavə olaraq, Penitensiar Xidmətin Cəzaçəkmə müəssisəsində kompyuter, misgərlik və ağac üzərində oyma sənətləri üzrə kurslar təşkil olunub. Kvota yerlərində sosial müdafiəyə xüsusi ehtiyacı olan 152 nəfərin işlə təmin olunmasına kömək göstərilib.
Cavidan






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir
19.11.2018
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması işlər başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info