Leyla Yunus məhkəməni şouya çevirməklə diqqəti faktlardan yayındırmağa çalışır
Tarix: 11.08.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Leyla Yunus özü də etiraf edib ki, Azərbaycan dilində yalnız
söyməyi bacarır. Dohaya uçmaq istəyərkən saxlanılan zaman və növbəti gün onun polislərə qarşı davranışı və söyüşləri bunu
bir daha sübut edir

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Proses başladıqdan sonra məhkəmə iclasında sədrlik edən iş üzrə tərcüməçi Teymur Süleymanovun iclasda iştirak etmədiyini, prosesə tərcüməçi qismində Musa Abbasovun dəvət edilməsini bildirib.
L.Yunus yeni tərcüməçinin onun sözlərini mükəmməl tərcümə edəcəyinə inanmadığını bildirib ona etiraz edib. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib M.Abbasovun işə tərcüməçi qismində buraxılmasına dair etirazı təmin edib. Bundan sonra, məhkəmə iclasında sədrlik edən iclasa tərcüməçi qismində Aliyə Cəfərovanın dəvət edilməsini bildirib. L.Yunus yenidən həmin tərcüməçinin də onun sözlərini mükəmməl tərcümə edəcəyinə inanmadığını bildirib ona etiraz edib. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib A.Cəfərovanın işə tərcüməçi qismində buraxılmasına dair etirazı təmin edib və prosesin təxirə salınaraq növbəti iclasın 13 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin olunmasını qərarlaşdırıb. Göründüyü kimi, konkret cinayət əməllərində ittiham olunan L.Yunus hər vəchlə məhkəmə prosesinin gedişatını uzatmağa çalışır. Onun indiyə qədər Azərbaycan dilinə, Azərbaycan dövlətinə olan münasibəti məhkəmə prosesində bir daha qabarıq şəkildə özünü göstərir. Bu insan heç vaxt Azərbaycanı, xalqı, dövləti sevməyib. Həmişə Azərbaycana, xalqımıza, doğma dilimizə qarşı həqarətlə yanaşıb. Xaricdən aldığı qrantlara görə ödəməli olduğu vergini dövlət büdcəsindən gizlədən bu şəxs aldığı həmin vəsaiti dövlətə qarşı fəaliyyətə yönəltməklə yanaşı, xaricdə özünə mal-mülk alıb. Onun məhkəmə ortaya atdığı tərcüməçi problem də Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycana əsl münasibətinin təzahürüdür. Leyla Yunus özü də etiraf edib ki, Azərbaycan dilində yalnız söyməyi bacarır. Dohaya uçmaq istəyərkən saxlanılan zaman və növbəti gün onun polislərə qarşı davranışı və söyüşləri bunu bir daha sübut edir. Leyla Yunus Azərbaycana o qədər nifrət edir ki, doğma dilimizin onun üçün ancaq söyüş söymək üçün lazım olduğunu açıq şəkildə dilə gətirməkdən də utanmır. İndi də məhkəmədə oyun çıxarmaqla məhkəmə prosesini ləngitməyə çalışır. Onun bu davranışının başqa səbəbi süni problemlər yaradaraq yerli və xarici ictimaiyyətin diqqətini məhkəməyə cəlb etməkdir. Faktlar qarşısında aciz qalan Leyla Yunus məhkəməni şouya çevirməklə diqqəti ittihamdan, faktlardan yayındırmaq niyyəti güdür. Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info