Şahid: “Xədicə ilə Tural dost olublar”
Tarix: 11.08.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SİA-nın verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev zərərçəkən Tural Mustafayevdən ötən iclasda iştirak etməməsinin və prosesə məcburi gətirilməsinin səbəbini soruşub. T.Mustafayev səhhətində problemlər olduğu ilə bağlı məhkəmə prosesinə gələ bilmədiyini deyib. Sonra X.İsmayılova Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə vəkili Yalçın İmanovla müdafiəsinin təşkili üçün imkanların yaradılmasını, eyni zamanda, bəzi texniki məsələlərin - həftədə iki dəfə telefonla danışmaq hüququndan istifadə etməsinin təmin olmasını istəyib

Daha sonra X.İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev T.Mustafayevin mayın 3-də və avqustun 4-də "Yeni Musavat" qəzetinə verdiyi müsahibələrin sübutların siyahısına daxil edilməsi barədə vəsatət qaldırıb. Hakim bu vəsatəti açıq saxladığını bildirib. Sonra zərərçəkən T.Mustafayev ifadə verib. O, intiharlarının X.İsmayılova ilə bağlı olmadığını deyib. 2014-cü ildə 3 dəfə - may, sentyabr və oktyabr aylarında intihara cəhd etdiyini deyən T.Mustafayev qeyd edib ki, özünəqəsdin səbəbləri keçmiş nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərində olan problemlər və əsəblərinin zəifliyi olub. O, X.İsmayılova ilə 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olduğunu deyib. X.İsmayılova ilə arasında qadın-kişi münasibətlərinin olmadığını, aralarında dostluq münasibətləri olduğunu söyləyib. T.Mustafayev əlavə edib ki, 2014-cü ilin yanvar-fevral aylarına qədər X.İsmayılova ilə münasibətləri yaxşı olub. 2013-cü ilin noyabrından "Azadlıq" radiosundan şəxsi istəyi ilə işdən çıxdığını deyən zərərçəkən X.İsmayılovaya sms-ləri və internet yazışmalarını dostları ilə məsləhətləşərək yazdığını bildirib. T.Mustafayev özünü zərərçəkmiş hesab etmədiyini də deyib. Sonra hakim T.Mustafayevin istintaqa verdiyi ifadə ilə hazırkı ifadəsi arasındakı kəskin ziddiyyətin olduğunu söyləyərək zərərçəkənin istintaqa vermiş olduğu ifadəni prosesdə elan edib. Hakim bildirib ki, ifadədə bildirilir ki, 2013-cü ilin oktyabrında T.Mustafayev Sabirabad rayonundan tədbirdən gəldikdən sonra X.İsmayılova ilə birgə alkoqollu içkilər içiblər və İsmayılova ona intim münasibətdə olmağı təklif edib, T.Mustafayev də razılaşıb. T.Mustafayev dəfələrlə X.İsmayılovanın evində gecələyib, onlar tez-tez görüşüblər. X.İsmayılova dəfələrlə onun şərəf və ləyaqətini alçaldıb. Bu səbəbdən T.Mustafayev intihar etmək qərarına gəlib. Daha sonra dövlət ittihamçısı ifadələr arasında hansı səbəbdən ziddiyyətlərin yaranmasını soruşub. T.Mustafayev isə bildirib ki, psixoloji durumu ilə əlaqədar X.İsmayılovaya böhtan atıb. Bundan sonra T.Mustafayevin anası Nəzakət Mustafayeva ifadə verib. Bu zaman Tural Mustafayev və X. İsmayılovanın vəkilləri qadının prosesdə dindirilməməsi ilə bağlı vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb. N. Mustafayeva ifadəsində oğlunun işlərindən, X. İsmayılova ilə münasibətlərindən xəbərsiz olduğunu, onun Göyçayda yaşadığı vaxt spiritli içki qəbul etmədiyini bildirib. Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimova da prosesdə ifadə verib. R.Rəhimova Turalla aralarında tez-tez mübahisə olduğunu deyib: "Tural istəmirdi ki, mən Aynur İmranova ilə görüşüm. Hətta bir dəfə içmişd,i butulkanı sındırdı, məni öldürməklə təhdidi etdi. Onun ciddi psixoloji problemləri var". Tural Mustafayevin anası Nəzakət Mustafayeva isə R. Rəhimovanın danışdıqlarına etiraz edib, onun oğluna şər atdığını bildirib: “Spirtli içki qəbul edən sənsən, səndən çox içən yoxdur, sən bizi Göyçayda biabır etdin” deyən qadın zalda oturmaq istəmədiyini bildirib, prosesi tərk edib. Daha sonra R. Rəhimova prokurorun suallarına cavab verərək bildirib ki, Tural Mustafayev ona Xədicə ilə dost olduğunu, lakin bu dostluğun təfərrüatı barədə danışmaq istəmədiyini deyib.
Məhkəmə prosesində fasilədən sonra X.İsmayılovanın vəkilləri T.Mustafayevin zərərçəkmiş qismində tanınmasına xitam verilməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqı zamanı aparılan araşdırmalar nəticəsində T.Mustafayevin zərərçəkmiş qismində tanınmaması üçün əsaslar olmadığı müəyyən edilib. Məhkəmə kollegiyası vəsatəti baxılmamış saxlayıb. Sonra şahid qismində T.Mustafayevin atası Bulud Mustafayev ifadə verib. O deyib ki, oğlu Bakıya gəldikdən sonra içkiyə meyl etməyə başlayıb və onun həyatında problemlər yaranıb, hətta həkimlər onun depressiyaya düşdüyünü bildiriblər. B.Mustafayev qeyd edib ki, oğlu bir müddət psixoloji vəziyyəti ilə bağlı xəstəxanada yatıb. Sonra T.Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Rəsulova şahid qismində ifadə verib. O deyib ki, T.Mustafayev Bakıya gəldikdən sonra içkiyə qurşanmağa başlayıb və ailəsinə qarşı münasibətləri soyuyub. Ş.Rəsulova sonra boşanmaq qərarına gəldiklərini deyib. Göyçayda yaşayarkən onların münasibətlərinin yaxşı olduğunu söyləyən şahid Bakıya gəldikdən və "Azadlıq" Radiosunda çalışmağa başladıqdan sonra T.Mustafayevin ailəsi ilə münasibətləri korlanıb. Bundan sonra məhkəmə prosesində digər şahidlər - Gülnaz Quliyeva, "Azadlıq" radiosunda xadimə işləyən Mətanət Abdinova, Şahvələd Namazov, Çingiz Sultanov və Mahirə Ağayeva şahid qismində ifadə verivlər. Şahidlər dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar. Məhkəmə prosesi sabah saat 11-də davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info