“Yeni kanal Misirin beynəlxalq arenada rolunu gücləndirəcək”
Tarix: 11.08.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibə verib. Səfir yeni Süveyş kanalının açılışından sonra Azərbaycanın Misirlə ticari-iqtisadi sahədə əməkdaşlığı möhkəmləndirmək niyyətində olduğunu bildirib.
O, yeni kanalın Misirin beynəlxalq arenada rolunu daha da gücləndirəcəyini vurğulayıb. Səfir Misir hökumətini və xalqını bu böyük nailiyyət münasibətilə təbrik edib. Diplomat kanalın açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun da iştirak etdiyini xatırladıb. Ş.Abdullayev yeni Süveyş kanalının açılışından sonra beynəlxalq ticarətin daha da inkişaf edəcəyini və bunun Misir xalqının rifahına müsbət təsir edəcəyini söyləyib. O, cari ilin sonunda Misir-Azərbaycan hökumətlərarası müştərək komissiyasının iclasında yeni Süveyş kanalı ilə bağlı Misir tərəfindən təqdim olunacaq beynəlxalq iqtisadi layihələr ətrafında müzakirələrin aparılacağını da bildirib. Müsahibə Misirin bəzi internet qəzetlərində də yayılıb. Yeri gəlmişkən qeyd edək ki, “Al-Axram” qəzetinin Misirin Ali Seçki Komissiyasına istinadla yaydığı məlumata görə, ölkədə parlament (Xalq Məclisi) seçkiləri 2015-ci ilin oktyabr-noyabr aylarında keçiriləcək. Nəşr qeyd edir ki, Ali Seçki Komissiyası artıq seçicilərin siyahısını dəqiqləşdirməyə başlayıb. Xatırladaq ki, Misir parlamentinə seçkilər 2015-ci ilin yazında keçirilməli idi. Lakin bu proses Misirin seçkilər haqqında qanununa uyğun gəlməməsi səbəbindən təxirə salınıb və tamamlanmağa göndərilib. Avqustun əvvəlində qanuna müvafiq dəyişikliklər edilib və buna əsasən Misir Prezidenti Əbdülfəttah əs-Sisi səsvermənin tarixini təyin edə bilər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info