Miqrant axını Avropanı çətin vəziyyətlə üz-üzə qoyub
Tarix: 11.08.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Almanların əksəriyyəti tezliklə miqrantların deportasiya edilməsinə tərəfdardır
Almaniya indiyədək rastlaşmadığı miqrant axını ilə üzləşib. Yerli KİV-lərin məlumatına görə, ölkə üçün miqrasiya böhranı artıq pik həddə çatıb. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, təkcə bu ilin sonunadək təxminən yarım milyon miqrant qaçqın statusu üzrə ərizə ilə müraciət edəcək. Onlara ayrılan xərclər isə ikiqat artmaqdadır. Proqnozlara görə, xərclər 2,2 milyard avrodan 5 milyard avroya yüksələcək.
Gəlmələrin kütləvi axını kompensasiyanın paylanmasında da bəzi problemlər yaradıb. Bir çox əyalətlərin sosial təminat idarələrində əcnəbilərə ayrılan qida talonunun çatışmazlığı səbəbindən mitinqlər baş qaldırıb ki, nəticədə mübahisəli vəziyyətə polis müdaxilə etmək məcburiyyətində qalıb. Sığınacaqlarda da sıxlıq müşahidə edilir. Hazırda Almaniyada turizm mövsümü olduğundan mühacirləri otellərə yerləşdirmək də mümkünsüz olub. Vəziyyət o həddə çatıb ki, II Dünya müharibəsi dövründən bəri ilk dəfə hökumət mühacir problemi ilə bağlı hərbçilərin yardımına ehtiyac duyub. “Bundeswehr” əsgərləri gəlmələr üçün Brandenburq federal əyalətindəki keçmiş hərbi bazanın ərazisində genış həcmli çadırlar quraşdırıblar. İctimai rəy isə heç də ürəkaçan deyil. Yerli qəzetlərin apardığı sorğulara əsasən, almanların əksəriyyəti tezliklə miqrantların deportasiya edilməsinə tərəfdar çıxıb. Artıq bir sıra şəhərlərdə gəlmələrə qarşı aksiyalar da keçirilib. Narazı kütlə qaçqınlarla iş üzrə mərkəzlərə hücumlar edib. Onu da qeyd edək ki, yaxın günlərdə başqa bir Avropa ölkəsi - Çexiyanın Ostrava diyarındakı Vışni Lqotı kəndində qaçqınlar üçün yeni düşərgə açılacaq. Hazırda rayon mərkəzi Zastavka-u-Brno yaşayış məntəqəsində məskunlaşmış miqrantların bir hissəsi yeni düşərgəyə köçürüləcək. Daxili işlər nazirinin müavini İrji Novaçek bu barədə ölkə sakinlərinə məlumat verərək deyib: “Cümə axşamı biz həmin düşərgəyə yerli sakinlər üçün ekskursiya təşkil edəcəyik, cümə günü isə miqrantları oraya köçürəcəyik”. İki həftə bundan əvvəl nəzərdə tutulurdu ki, Vışni Lqotadakı düşərgə bu il sentyabrın axırı - oktyabrın əvvəlində açılacaq, lakin qeyri-leqalların Çexiyaya axınının kəskin artması üzündən, ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi bu düşərgənin əvvəl nəzərdə tutulandan tez istifadəyə verilməsini qərara alıb. Yeni düşərgədə 220 nəfərin yaşaması nəzərdə tutulur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info