“Çinin Cənub-Şərqi Asiya ölkələrinə yatıracağı investisiya 500 milyard dollara yüksələcək”
Tarix: 11.08.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


“ASEAN ölkələrinin Çinlə ticarət dövriyyəsi 2020-ci ildə 1 trilyon dollara yüksələ bilər. 1995-2003-cü illər arasında Çin şirkətləri ASEAN
ölkələrinə 631 milyon dollar investisiya yatırıblar. Sadəcə 2013-cü ildə yatırılan investisiya isə 30 milyard dollar olub”


Sentyabr ayında Çin Xalq Respublikasının rəhbəri Si Tzinpinin Vaşinqtona edəcəyi səfərə ciddi hazırlıq gedir. Həm Vaşinqton, həm də Pekində bu səfərin əhəmiyyətinin böyük olması ilə bağlı rəylər hakimdir. Birləşmiş Ştatların “Project Syndicate” nəşri yazır ki, aylardır tərəflər arasında ciddi fikir ayrılığı müşahidə olunur və hər iki tərəfin rəsmiləri tərəfindən kəskin bəyanatlar səslənir. Amma son həftələrdə ərazi iddiaları, yeni hərbi bazalarla bağlı bəyanatların kəskinliyi bilərəkdən azaldılıb.
Bu vəziyyət isə Asiya ölkələri üçün sərfəlidir. Amerika nəşri yazır ki, Pekin həyata keçirdiyi siyasətlə yavaş-yavaş Asiyanı, əsasən də Cənub-Şərqi Asiyanı tamamilə ABŞ-ın nəzarətində çıxarmağa başlayıb. “Project Syndicate” nəşri yazır ki, Cənub-Şərqi Asiya ölkələri Çinin təklif etdiyi strateji əhəmiyyətli iqtisadi layihələrdən imtina etmirlər. Çin isə öz növbəsində regional təhlükəsizlik layihələrinə ayırdığı vəsaiti 50 faiz artırıb. Qarşıdakı 5 il üçün hərbi-dəniz qüvvələrinin modernləşməsinə 60 milyard dollar ayrılıb. Cari ilin may ayında yayılan Çinin “Ağ kitab”ında ölkənin sərhədlərinin qorunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılacaq addımlar qeyd edilib. Bu addımlar isə yeni hərbi xərclər tələb edir. Nəşr yazır: “Son iki onillik ərzində Çin Cənub-Şərqi Asiyanın aparıcı iqtisadi nəhəng ölkəsinə çevrilib. Bu isə Pekinə regionda siyasi təsirini də artırmağa imkan verib. Çin liderləri Amerika təsirini nəzərə alaraq daimi şəkildə regionda iqtisadi təsirlərini və əməkdaşlıq imkanlarını genişləndirməklə məşğuldurlar. Bunun üçün ticarət sferasına diqqət etmək kifayətdir. 2000-ci ildən başlayaraq Çinlə Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasına üzv olan 10 ölkə arasında ticarət dövriyyəsi 10 dəfə artaraq 32 milyard dollardan 350 milyard dollara yüksəlib. Cari ilin sonuna kimi bu rəqəmin 500 milyard dollara yüksələcəyi proqnozlaşdırılır. Çin Cənub-Şərqi Asiya ölkələrinin əsas ticarət tərəfdaşı olduğu vaxtda, ABŞ bu sırada 4-cü yerdədir. Ötən il ABŞ-ın ASEAN ölkələri ilə ticarət dövriyyəsi 206 milyard dollar olub. Region ölkələrinin iqtisadi əhəmiyyəti artmaqdadır. ASEAN ölkələrinin ÜDM-i 2,4 trilyon dollar təşkil edir. Bu ölkələrin inkişafı orta sinif, yüksəkixtisaslı işçi qüvvəsi və yüksək səviyyəli bazarların artması ilə sıx bağlıdır. Belə tendensiyanın qorunması halında ASEAN ölkələrinin Çinlə ticarət dövriyyəsi 2020-ci ildə 1 trilyon dollara yüksələ bilər. 1995-2003-cü illər arasında Çin şirkətləri ASEAN ölkələrinə 631 milyon dollar investisiya yatırıblar. Sadəcə 2013-cü ildə yatırılan investisiya isə 30 milyard dollar olub. Çin şirkətləri kənd təsərrüfatından tutmuş, informasiya texnologiyalarına qədər ən müxtəlif sahələrə külli miqdarda investisiya yatırırlar. ASEAN ölkələri də Çinlə iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Belə olmasaydı Çinin təşəbbüsü ilə yaradılan və ABŞ-ın himayəsi altında olan Dünya Bankına alternativ kimi nəzərdə tutulan Asiya İnfrastruktur İnvestisiya Bankının təsisçiləri sırasında ASEAN-a üz 10 dövlətin adı olmazdı. Bu, son deyil. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq birliyinin görüşündə liderlər azad ticarət paktının hazırlanması ilə bağlı razılıq əldə ediblər. Bu isə faktiki olaraq ABŞ-ın irəli sürdüyü və Çini istisna edən Trans-Sakit Okean Tərəfdaşlığına alternativdir. Çin liderinin azad ticarət zonası ideyasının baş tutub-tutmayacağından asılı olmayaraq, Pekinin regionda iqtisadi təsirin artıracağı dəqiqdir. Çin, onu sonda Avropa ilə birləşdirəcək “Yeni İpək Yolu” layihəsi üçün 60 milyard dollar ayırıb. ABŞ-ın iqtisadi liderliyinin azaldığı, Çinin isə artdığı bir vaxtda ortaya belə bir sual çıxır-Vaşinqton, Cənubi-Çin dənizində vəziyyət pisləşən kimi bölgədə özünə müttəfiq tapa biləcəkmi?”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info