“Azərbaycan son illərdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub”
Tarix: 11.08.2015 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Hazırda Britaniyanın Azərbaycanda
450 şirkəti fəaliyyət göstərir


Böyük Britaniya hökuməti Azərbaycanda biznes qurmaq istəyən vətəndaşları üçün təlimatlarını yeniləyib. Bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Təlimatda qeyd olunur ki, Azərbaycan son illərdə neft-qaz ehtiyatları və ticarətin liberallaşdırılması nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub.
Birləşmiş Krallığın Azərbaycanda ən iri investor olduğunu qeyd edən təlimatda göstərilir ki, hazırda Britaniyanın Azərbaycanda 450 şirkəti fəaliyyət göstərir: “Böyük Britaniya şirkətləri təkcə neft-qaz sahəsində deyil, həm də tikinti menecmenti və dizayn, satış və təhsil sahələrində uğurla fəaliyyət göstərir.” Təlimatda 40 mlrd. dollarlıq Cənub Qaz Dəhlizinin Britaniya şirkətləri üçün geniş imkanlar açdığı diqqətə çatdırılıb. Sənəddə bildirilir ki, “Şahdəniz” yatağından hasil olunacaq qaz Gürcüstandan keçməklə TANAP boru xəttinə birləşdiriləcək və Yunanıstan, Albaniya və İtaliyaya çatdırılacaq. Bununla yanaşı, təlimatda bank sektorunun zəif inkişaf etdiyi qeyd edilib. Bundan başqa, sənəddə vurğulanıb ki, informasiya-kommunikasiya sektoruna yatırılacaq 4 mlrd. dollarlıq investisiya 2020-ci ilə kimi bu sahənin inkişafına yönəldiləcək.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info