“Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin rəsmi açılış mərasimi keçirilib
Tarix: 11.08.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors” və “RƏVAN” Sığorta şirkətləri, "NBC Bank" və Xəzər-Qərb Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin rəsmi açılış mərasimi keçirildi.
Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, mayor İsa Deyistani, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov, Xəzər-Qərb Tədris Mərkəzinin təsisçisi Elçin İsmayılov, “NURGÜN” şirkətlər qrupunun Müştəri xidmətləri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reala İsazadə, “Avtosfer.az” saytının direktoru, “Qoşa xətt” verilişinin aparıcısı Elməddin Muradlı, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi rayon Təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva, “Avto Akademiya BİNƏQƏDİ” layihəsinin rəhbəri Nərgiz Qurbanova, eləcə də “Avto Akademiya Binəqədi-1” və “Avto Akademiya Binəqədi-2” layihəsinin iştirakçıları, gənclər iştirak etdilər.
Tədbirin rəsmi hissəsini Nərgiz Qurbanova açaraq qonaqları salamladı və layihə haqqında məlumat verdi.
Sonra çıxış edən qonaqlar yol təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək məqsədilə həyata keçirilən layihənin əhəmiyyətindən danışdılar. Bu cür maarifləndirici sosial layihənin reallaşdırılmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə, təşkilatçılara minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra tədbirdə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors” şirkətlər qrupu, Xəzər-Qərb Tədris Mərkəzi və “STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbinə layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə “Təşəkkürnamə”lər təqdim olundu.
Tədbirdə layihə iştirakçıları arasında viktorina keçirildi. Viktorinada şanslı olan 3 nəfər-Sarvan Zöhrabzadə, Nilufər Yunusova, Nurlan Ağamirzəyev müvafiq olaraq Xəzər-Qərb Tədris Mərkəzindən təlim paketi, “NBC Bank”dan platinum kartı, Barselona futbol komandasının oyununa bilet əldə etdilər.
Tədbir çay süfrəsi ətrafında “Feeling” qrupunun ifasında konsert proqramı ilə davam etdirildi.
Qeyd edək ki, “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsində iştirak etmək üçün 194 nəfər müraciət etmiş, onlardan 117 nəfər müsahibəyə dəvət olunmuşdur. Müsahibəyə qatılan 117 nəfər gənc arasından 20 nəfəri layihədə iştirak hüququ qazanmışdır.
Layihə həm nəzəri, həm də praktiki təlimləri əhatə edir. Nəzəri təlimlər Xəzər-Qərb Tədris Mərkəzinin təcrübəli müəllimi İlqar Quliyev tərəfindən, praktiki təlimlər isə “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN” Sığorta şirkəti tərəfindən yüz faiz sığorta edilmiş avtomobillə həyata keçirilir. Hər bir təlim iştirakçısına pulsuz zəruri metodiki vəsaitlər paylanılır. Təlimlərdən sonra hər bir layihə iştirakçısı Dövlət Yol Polisi İdarəsinin təşkil etdiyi imtahanda müstəqil olaraq iştirak edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info