Bakı-Tiflis-Ərzurum qaz xəttində təhlükəsizlik kameraları quraşdırılacaq
Tarix: 11.08.2015 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir. Bunu Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Muradoğlu bildirib. “Bakı-Tiflis-Ərzurum boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq. Əlavə təhlükəsizlik tədbirləri, təbii ki, həyata keçirilir, amma bununla bağlı detallı şəkildə açıqlama verə bilmərəm”, - deyə R.Aykul bildirib. Bakı-Tiflis-Ərzurum boru xəttində qazın nəqlinin bərpasına gəlincə, nazirlik rəsmisi bildirib ki, hal-hazırda partlayış baş verən hissədə boru xətinin təmir-bərpa işləri davam etdirilir. Onun sözlərinə görə qısa zamanda təmir işləri yekunlaşacaq. Qeyd edək ki, avqustun 4-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz kəmərinin Türkiyə ərazisində yerləşən Sarıkamış Yağbasan kəndindəki hissəsində PKK-nın hücumu nəticəsində partlayış baş verib və nəticədə bölgəyə mavi yanacağın nəqli dayandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info