H.Hacıyev: “Bəzi dairələrin hər bir cinayət işini siyasiləşdirməsi adət halını alıb”
Tarix: 11.08.2015 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


“Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq onun siyasiləşdirilməsinə xidmət edir. Mərhum R.Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib”. Bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Torbyorn Yaqlandın jurnalist R.Əliyevin ölümü ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib.
“Təəssüflər olsun ki, bəzi dairələrin Azərbaycanda baş verən hər bir cinayət işini məqsədyönlü şəkildə siyasiləşdirməsi artıq adət halını alıb. Jurnalist R.Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar”, - deyə H.Hacıyev bildirib. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, vətəndaşların hüquq və mənafelərinin qorunması, qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən kütləvi informasiya vasitələrinin azadlığının tam şəkildə təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifəsidir. Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu, özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. Avropa Şurasının nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, qurumun baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur.
H.Hacıyev deyib: “Avropa Şurasını və bütün digər dairələri R.Əliyevin ölümü ilə nəticələnən bu faciənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info