Naxçıvanda əmək yarmarkası təşkil olunacaq
Tarix: 11.08.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


İnsanların məşğulluq problemlərinin həlli istiqamətində son illər Naxçıvan Muxtar Respublikasında geniş layihələr həyata keçirilir. Bu çərçivədə növbəti əmək yarmarkalarının keçirilməsinə avqust ayının 18-dən başlanılacaq.
AZƏRTAC xəbər verir ki, ilk əmək yarmarkası həmin gün Sədərək rayonunda təşkil olunacaq. Kəngərli rayonunda işaxtaranlar əmək yarmarkasına avqustun 19-da müraciət edə biləcəklər. Şahbuz rayonunda keçiriləcək əmək yarmarkası isə ondan bir gün sonra – avqustun 20-də təşkil ediləcək.
Culfalı işaxtaran vətəndaşlar avqust ayının 21-də əmək yarmarkasında iştirak edəcəklər. Ordubadlılar isə bu tədbirə avqustun 25-də qatılacaqlar. Analoji tədbir Babək rayonunda avqustun 26-da, Şərur rayonunda isə avqustun 27-də reallaşacaq.
Naxçıvan şəhərindəki işaxtaranlar isə vakant iş yerləri haqqındakı məlumatlarla avqustun 28-də “Gənclik” Mərkəzində təşkil olunacaq əmək yarmarkasında tanış ola biləcəklər.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir. Məşğulluq problemlərinin həllində ildə 4 dəfə təşkil edilən əmək yarmarkalarının da böyük rolu var.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info