DSX-nin elan etdiyi müsabiqəyə yekun vurulub
Tarix: 11.08.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümü münasibətilə elan edilmiş yaradıcılıq müsabiqəsinə yekun vurulub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinin, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsinin prioritet məsələlərdən olduğunu deyib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur. Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış uğurlarla qarşılayır. Qeyd edilib ki, bu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və sərhədyanı yaşayış məntəqələrinin orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi elan edilib. Müsabiqədə min nəfərdən çox yaradıcı insan- peşəkar və həvəskar rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, sərhədçi əsgərlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin arasından ən yaxşıları seçilərək 29 şeir, 19 hekayə, 31 qəzet məqaləsi, 16 rəsm əsəri və 37 inşa yazısı müsabiqənin finalına buraxılıb. Təhsil Nazirliyinin, Mətbuat Şurasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalına buraxılmış əsərlərin arasından qaliblər müəyyən olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə və digərləri qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə və sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqənin çox böyük əhəmiyyəti olduğunu vurğulayıblar. Qaliblərə mükafatlar və diplomlar təqdim olunub. Tədbirdə münsiflər heyəti tərəfindən seçilmiş təsviri sənət nümunələri nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info