“Çəkimdəki rəqiblərimin hamısına qalib gələ bilərəm!”
Tarix: 11.08.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Alim Nəbiyev: “Azərbaycanda çoxlu sayda güclü və istedadlı döyüşçülər var”

Müsahibimiz hazırda Moksvada yaşayan həmyerlimiz, Azərbaycan kikboksçusu, bu sahədə böyük titullara və uğurlara çox gənc yaşlarında yiyələnən Alim Nəbiyevdir:


- Mən Gürcüstanın Telavi şəhərində (Qaracala) 1994-cü ilin oktyabrında anadan olmuşam. Uşaqlığım səfərlərdə keçib. Çünki atamın işi belə idi. Yaşım 4 yaş yarım olanda ailəmizlə Türkiyəyə köçdük. Oradan isə Ukraynaya köçərək yaşamağa başladıq. Ukraynada bağçaya, daha sonra birinci sinfə getməyə başladım. Uşaqlığım o vaxt hamı üçün eyni qaydada olan cib telefonsuz, internetsiz idi, günümüzü uşaqlarla müxtəlif oyunlarda keçirirdik. 6 yaşımda futbol məşqlərinə başladım. Bu, məndə çox yaxşı alınırdı. Məşqçimiz deyirdi ki, futbolu atma, sənin bu oyunda gələcəyin var. Amma Ukrayna vətəndaşlığımın olmaması çətinliklər yaradırdı. Bizim komanda xarici ölkələrə yarışlara gedəndə, mən gedə bilmirdim, çünki sənədlərim qaydasında deyildi. Bu isə məni hər dəfə çox kədərləndirirdi. Ona görə də futbolu atmalı oldum. Daha sonra isə muay-tay və kikboksinqlə məşğul olmağa başladım.
- Necə oldu ki, kikboksinq və muay-tayla məşğul olmağa başladınız?
- Uşaqlıqda döyüşməyi öyrənmək istəyirdim. Bunu öyrənməkdə məqsədim özümü və lazım gələrsə, ailəmi qorumaq idi. Mənə kikboksinqlə məşğul olmağı dostlarım məsləhət gördülər. Onlar özləri də bu döyüş növü ilə məşğul olurdular və çox xoşlarına gəlirdi. Onlar məni inandırdılar ki, bu idman növü mənim də çox xoşuma gələcək. Buna görə də mən özümü bu idman növündə sınamağı qərara aldım – seksiyaya gəldim və məşqə yazıldım. Hər şey belə başladı.
- Bu tip idman növləri çox ağır sayılır. Bəzən bu növdə məşğul olmaqdan vaz keçmək fikrinə düşürsünüzmü?
- Bəzən belə fikirlər olub ki, bütün bunları atım və başqa işlə məşğul olum. Amma gerçəklikdə geriyə yol yoxdur. Mən idmana 11 ilimi həsr etmişəm və hazırda cəmi 20 yaşım var. Buna görə də indi ancaq irəli getmək və öz məqsəd və hədəflərimə nail olmaq qalır. Bir addım da geri çəkilmək yoxdur!
- Özünüzün K-1 və Muay-tay idman növlərində nailiyyətlərinizi necə qiymətləndirirsiniz?
- Mən kikboksinq üzrə üzrə Ukraynanın idman ustasıyam. Kikboksinqdə ISKA versiyası üzrə Avropa çempionu, gənclər arasında IFMA 2012 üzrə dünya çempionuyam. Bundan başqa W5 üzrə dünya çempionu, WAKO üzrə də dünya çempionuyam. W5 üzrə dünyada ən gənc – 18 yaşında dünya çempionu olmuşam. Tayboksda IFMA üzrə Avropa çempionu, həmçinin GPRO üzrə çempion olmuşam. Professional rekordum isə belədir: 38 döyüşdən 33-ü qələbə ilə nəticələnib. 13 professional döyüşü nokautla bitirmişəm.
- Hazırda sizin çəkinizdə ən güclü saydığınız rəqib kimdir və bu planda hansı məqsədləriniz var?
- Hazırda mənim çəkimdə hansı rəqibimin olmasının mənim üçün heç bir fərqi yoxdur. Hamısına qalib gələ bilərəm! Artıq bunu edirəm də. Döyüşlərimdə qalib gəlirəm və Qlori tituluna doğru gedirəm!
- Azərbaycan idmanı haqqında nə düşünürsünüz?
- Mən Azərbaycanda məşq etmişəm, ölkədə çoxlu sayda güclü və istedadlı döyüşçülər var. Düşünürəm ki, onlar tezliklə, özlərini böyük arenalarda göstərəcəklər.
- Necə düşünürsünüz, Azərbaycanda kikboksinq, K-1 və muay-tay idman növləri yetərincə inkişaf edibmi?
- Məncə, Azərbaycanda döyüşçülər və maliyyələşdirmə sahəsində hər şey əladır. Doğrudan da çoxlu sayda istedadlı döyüşçülər və onları maliyyələşdirən insanlar var.
- Gələcəkdəşəxsi planlarınız barədə nələri deyə bilərsiniz?
- Gələcək üçün döyüşlərdən başqa hələ ki güclü planlarım yoxdur. Mən döyüş ardınca döyüş, hazırlıq, ardınca hazırlıq keçirirəm. Gəncliyimdən istifadə edərək, çoxlu zəhmət çəkməliyəm ki, daha sonra özümə və ailəmə hər şey rahat olsun.
- Azərbaycanın gənc idmançılarına hansı tövsiyələriniz ola bilər?
- Qoy qarşılarına məqsəd qoyaraq, daim məşqdə olsunlar və məqsədlərinə yetsinlər. İdman güc deməkdir, şöhrət deməkdir, siz güclü ruhla hər şeyə nail olacaqsınız. İrəli, Azərbaycan!
Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info